COVID-19 xəstələrinin "Favipiravir"lə müalicəsi yanlış imiş

COVID-19 xəstələrinin "Favipiravir"lə müalicəsi yanlış imiş"Aparılan yüzlərlə elmi tədqiqatlara əsasən, o nəticəyə gəlmək olur ki, koronavirus xəstələrinin müalicəsində istifadə olunan "Favipiravir" heç də Azərbaycanda bir çox həkimlərin xəstələrə söylədiyi kimi effektli deyil. O, virusu deyildiyi kimi məhv eləmir və yaratdığı yan təsirlərinə görə istifadəsinə ciddi nəzarət edilməlidir".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, ən son tədqiqatlardan biri bu barədə indiyə qədər aparılan 1 798 elmi işin incələnməsi əsasında aparılıb:
"Son günlər Azərbaycanda da "Favipiravir"lə müalicə üsulu geniş vüsət alıb. Ev şəraitində müalicə olunan koronavirus xəstələrinin müalicələrində bu preparatdan geniş istifadə halları müşahidə olunur. Amma aparılan tutarlı elmi tədqiqatlara diqqət yetirsək bunun heç də doğru olmadığını görərik. Belə ki, ötən aylarda aparılan və toplam 1 798 elmi işin incələnməsinə əsaslanan araşdırmada xəstəliyin son günlərində "Favipiravir"lə müalicə olunan xəstələrdə kliniki pisləşmə daha az rast gəlinir, amma bu da statistik baxımdan digər qrupla müqayisədə əhəmiyyətli dərəcədə fərqlənmir. Bundan əlavə, insanlar bilməlidir ki, xəstəliyin sonlarına doğru insanlarda yaxşılaşmanın sırf bu dərmanın tətbiqinin nəticəsindən irəli gəldiyi sübut edilməyib".
Azərbaycanlı alim bildirib ki, məhz buna görə də "Faviripiravir"lə müalicə bir çox ciddi müalicə protokollarına daxil edilməyib. Onun sözlərinə görə, bunun Azərbaycanda bir sıra həkimlərin dediyi kimi yüksək effektivli müalicəsi iddiası yanlışdır.
N.Abdullayev əlavə edib ki, dəlil məhdudiyyətləri və həll olunmamış təhlükəsizlik məsələləri nəzərə alınaraq, "Favipiravir"in COVID-19-a qarşı geniş yayılmasına ciddi diqqət yetirilməlidir. Tibb elmləri doktoru sözügedən dərmanın həmçinin hamilə qadınların sağlamlığına təsirlərindən də bəhs edib:
"Favipiravir" qısa müddətli istifadədə təhlükəsiz və dözümlü görünə bilər, lakin müalicənin daha uzunmüddətli təsirlərini qiymətləndirmək üçün daha çox zaman və dəlil lazımdır. "Favipiravir" hamilə qadınlarda teratogendir və insanlarda hiperurikemiyaya səbəb ola bilir. Buna görə dərmanın tətbiqinə ciddi nəzarət edilməlidir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1381   Tarix: 31 dekabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

qaşların formalari kosmetika mehsullari donlar 2026 abqoranin hazirlanmasi qadin.az mələk kartları çək byanka kosmetika hakista sozler novruz hakista novruz bayrami hakisda novruz bayramina aid hakista qoğalın nağlı