COVID-19 xəstələrinin müalicəsində qidalanmanın rolu

COVID-19 xəstələrinin müalicəsində qidalanmanın roluHazırda bütün dünya əhalisi çoxlu qıcıqlandırıcı amillərin, o cümlədən stress və infeksiyaların əhatəsində yaşayır. Ona görə də balanslaşdırılmış qida rasionu insan orqanizmi üçün müdafiə rolu oynayaraq onu müxtəlif xəstəliklərdən qoruyur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Racu Nəbiyev yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan xəstələrin qidalanması və hansı məhsullara üstünlük vermələri barədə deyib: "İnfeksiyaya yoluxmamışdan əvvəl COVID-19 xəstələrinin müxtəlif yanaşı xəstəlikləri olduğunu mütləq nəzərə almaq lazımdır.
Adətən koronavirus xəstələri gündə 4-5 dəfə qidalanırlar. Onların qida rasionu bitki lifləri, o cümlədən tərəvəz, göyərti, meyvə, giləmeyvə ilə zəngin olmalıdır. Həmin xəstələrə efir yağları ilə zəngin olan meyvələr, həmçinin kəskin ədviyyatlar, duzlu və hisə verilmiş qidaların verilməsi məhdudlaşdırılır".
Onun verdiyi məlumata görə, bütün yeməklər bişirilmiş və ya buxara verilmiş halda qəbul edilməlidir: "Xəstəyə verilən yemək nə qaynar, nə də çox soyuq olmamalı, onların qəbul etdiyi mayelərin həcmi gün ərzində 1,5-2 litr artırılmalıdır. Həkim nəzarəti altında müxtəlif meyvə və tərəvəz şirələri, itburnu dəmləməsi, qurudulmuş giləmeyvə kompotu verilə bilər. COVID-19 xəstələrinin müalicəsi dövründə yanaşı xəstəlikləri nəzərə alınmalıdır. Həkim onların qida rasionuna bu və ya digər qidanı əlavə edə bilər, hər hansı qidanı isə rasiondan çıxara bilər. Məsələn, şəkərli diabet xəstələrinin qida rasionundan rafinə edilmiş karbohidratlar, yüksək təzyiqdən əziyyət çəkən xəstələrin qidasından isə təzyiqin qalxmasına təsir edən məhsullar çıxarılır".
"COVID-19 xəstələrinin qida rasionuna kalsium, fosfor, maqnezium və vitamin D ilə zəngin olan məhsullar daxil edilir. Bunlar pendir, kəsmik, qatıq və digər süd məhsulları, balıq və tərəvəzlərdir. Düzgün və sağlam qidalanma koronavirus xəstələrinin sağalmasında dərman vasitələri qədər rol oynayır. Ona görə də yalnız düzgün qidalanma qəbul etməklə bu xəstəliklə mübarizədə müsbət nəticə əldə etmək mümkündür", - deyə həkim-terapevt bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1319   Tarix: 05 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

donlar 2026 makiyaj etmek qaydalari geyim seçimi toyuq buglamasi süni doğuş sarimsaqin xeyri badimcan tursusu hazirlanmasi kosmetika şebnem tovuzlu arıqla babasil burclerin uygunlugu novruz hakistasi