COVID müalicəsini yalnız mütəxəssis yazmalıdır-Yanlış müalicələrlə bağlı XƏBƏRDARLIQ!

COVID müalicəsini yalnız mütəxəssis yazmalıdır-Yanlış müalicələrlə bağlı XƏBƏRDARLIQ!"Hazırda kəskin respirator virus infeksiyalarının da mövsümi artımı müşahidə olunur. Yeni koronavirus infeksiyası ilə digər kəskin respirator virus infeksiyalarının klinik əlamətləri çox oxşardır. Xüsusən xəstəliyin başlanğıcında rast gələn əlamətlərə görə bunları bir-birindən ayırmaq olduqca çətindir".
Bunu Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov deyib.
Mütəxəssis deyib ki, ona görə də özündə hərarətin yüksəlməsi, ümumi zəiflik, əzkinlik, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər olan şəxs birinci növbədə özünü evdə təcrid etməli, ailə üzvləri ilə bərabər maskadan istifadə etməli, həmçinin yaşadığı ərazi üzrə telefonla poliklinikaya müraciət etməlidir: "İlk günlərdən xəstənin həkim nəzarətində olması daha düzgün sayılır".
Həkim qeyd edib ki, koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir: "Yadda saxlayın ki, yalnız həkim-mütəxəssis xəstəliyin ağırlığını düzgün qiymətləndirərək adekvat müalicə yaza bilər və lazım gəldikdə xəstəxanaya vaxtında göndərilmə barədə düzgün qərar verə bilər. Əks halda çox ağır, hətta ölümcül fəsadlarla üzləşə bilərik. Ağırlaşmış halların hətta ən təchizatlı xəstəxanalarda belə müalicəsi çox çətindir və bəzi hallarda effektsiz ola bilər. Evdə müalicə olunan yüngül xəstələrə effektivliyi sübut olunmamış müxtəlif preparatların, antibiotik və hormonal dərmanların istifadəsi qəti qadağandır. Bu vasitələrdən düzgün istifadə olunmadığı hallarda nəinki xeyir verir, əksinə xəstəyə zərər vuraraq vəziyyəti bir qədər də pisləşdirir. Özünümüalicə xəstəliyin gedişini təhrif edərək ağırlaşmaların gec aşkar olunmasına şərait yaradır. Bu hallarda gecikmiş hospitalizasiyanın nəticəsi faciəvi ola bilər.
Bir daha təkidlə tövsiyə edirik qaydalara əməl etməklə özünüzü və doğmalarınızı qoruyun, həyatınızı lazımsız riskə atmayın, özünüzü narahat hiss etdikdə gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edin, sağlamlığınızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edin".
T. Eyvazov təəssüflə qeyd bildirib ki, son vaxtlarda aparılan kompleks əksepidemik tədbirlərə baxmayaraq yoluxma halları sürətlə artaraq yüksək həddə çatıb: "Bu hal insanların sağlamlıq durumuna mənfi təsir göstərməklə yanaşı səhiyyə sisteminin normal fəaliyyəti üçün çox böyük çətinliklər yaradır. Bu artım bir tərəfdən mövsümi faktorlarla bağlı olsa da, digər tərəfdən bizlərin bu təhlükəyə nə cür münasibət bəsləməyimizdən, tövsiyə olunan karantin qaydalarına necə əməl etməyimizdən çox asılıdır".
Mütəxəssis qorunma yollarından da danışıb: "Bilməliyik ki, qaydalara düzgün əməl etmək yoluxmanı azaldır. Gəlin bu sadə, lakin effektiv qaydalara əməl etməklə özümüzü, yaxınlarımızı qoruyaq, problemlə birgə mübarizə aparaq. Buna öz nizam-intizamımız ilə nail olaq. Yalnız kollektiv məsuliyyət virusun yayılmasının qarşısını alır. Əgər bir nəfər maskada gəzəcəksə, çətin ki, problemi həll edək. Belə qlobal məsələlər birlikdə həll oluna bilər. Hamı üçün əsas tövsiyələrdən biri də insanlarla təmasları məhdudlaşdırmaqdır. Hələ ki, bunlardan təsirli vasitə icad olunmayıb. Hamılıqla riayət edək-birlikdə güclü olaq! Koronavirusa qalib gələk! Ətrafa çıxışımızı elə planlaşdıraq ki, virusun potensial gəzdiricisi ilə lazımsız təmasda olmayaq. Ərzaq bazarlığımızı həftəlik edək, yaxınlarımız və doğmalarımızla açıq məkanlarda görüşək. İctimai nəqliyyatda ağzımızı və burnumuzu örtək. Əhalinin kütləvi toplaşdığı yerlərə lüzumsuz getməyək, kampaniya ilə toplaşmayaq. Havaların artıq soyuq keçməsi ilə əlaqədar bağlı məkanlarda daha çox olsaq da otaqların tez-tez havalandırılmasını yaddan çıxarmayaq".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1396   Tarix: 12 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari toy makiyaji sekilleri tanınmış qadınlar is qurmagin yollari bayatilar xinayaxdi ucun pizza reseptləri kosmetika gozellik hesaplama birlik baldıza aid hakışta qiz burcu