"Çox səs-küylü" sekslə məşğul olursan, yata bilmirəm"

"Çox səs-küylü" sekslə məşğul olursan, yata bilmirəm"Almaniyanın Bedburq şəhərində yerləşən "Barbaraştrasse" qaçqın düşərgəsində Azərbaycandan gəlmiş miqrant bir nəfəri "çox səs-küylü" sekslə məşğul olduğu üçün bıçaqlayıb. Bu hadisə ilə bağlı cinayət işi hazırda Köln dairə məhkəməsində araşdırılmaqdadır.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, 42 yaşlı azərbaycanlı miqrant Məmmədov qonşu otaqdan gələn səs-küyə görə gecə öz otağında yata bilmirmiş. Qonşu otaqda bir qız yaşayırmış.

Dəhlizə çıxaraq, o, yarıçılpaq kişini görüb və qışqırmağa başlayıb: "Sən kimsən? Nəyə görə çılpaqsan və burada nə edirsən?" Məmmədovdan qorxmuş kişi geriyə - qızın otağına daxil olub, lakin qəzəbli Məmmədov da onun ardınca gedib.

Divanda oturmuş kişiyə Məmmədov üç bıçaq zərbəsi vurub. Səs-küyə otağın sahibəsi olan qız vanna otağından çıxıb. Azərbaycanlı miqrant isə dəhlizdəki pilləkənin yanında gözləyirmiş.

Yaralı alman qızla birlikdə otaqdan çıxdıqdan sonra Məmmədov onları izləməyə başlayıb və deyib ki, onu bir də burada görsə, öldürəcək. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

"Bu, müştərim üçün uğursuz gün idi. O, sərxoş imiş və qonşu qızın otağına daxil olmuş çılpaq kişini görüb. Onu öldürmək istəməyib", - məhkəmədə Məmmədovun vəkili Mario Geyeniç deyib.

Məhkəmədə ifadə vermiş Məmmədov qeyd edib ki, Almaniyaya 2015-ci ildə gəlib. Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışırmış.

Xəbərlər     Baxılıb: 1567   Tarix: 05 fevral 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

toy makiyajlari qadin sayti yemek reseptleri usaq otagi dizaynlari usaq oyuncaqlari badimcandan qisa hazirliq küncüt yağı kosmetika vidyolar qurd ve quzu vətənə aid bayatılar pizza rus dili 2ci ders