Çoxuşaqlı analar mağazadan belə qovuldular – VİDEO

Sosial şəbəkələrdə supermarketdən qovulan iki qadının başına gələn hadisə qızğın müzakirələrə səbəb olub. Onlar satıcının qəzəbinə tuş gəliblər.

Anqltondan (Texas, ABŞ) olan Monika Briones və Holli Montellano çoxuşaqlı analardır. Onların hər birinin 4 az yaşlı uşaqları var. İstirahət günü onlar uşaqları ilə birlikdə supermarketə getsələr də, alış-veriş edə bilməyiblər. Çünki, satıcı onlardan mağazanı tərk etmələrini tələb edib. Hər iki ana satıcının onlara belə münasibət göstərməsindən mütəhəssir olublar. Satıcının rəftarını telofonun kamerasına çəkən analar həmim çarxı sosial şəbəkədə yerləşdiriblər.

"Rəfiqəm Monika piştaxtadan nə isə götürdü, sonra isə almaq fikrindən vaz keçərək onu yerinə qoymaq istədi. Amma satıcı malı geri götürməkdən imtina edərək kobudluq etməyə başladı- deyərək Holli videoçarxa şərh yazıb. – Mən nəzakətlə ona başa salmağa çalışdım ki, onsuz da zənbillərimiz doludur, ona görə də bu məhsulu almaqdan vaz keçdik. Amma o səsini qaldıraraq qışqırmağa başladı və bizi uşaqlarımızla gəldiyimizə görə ittiham etməyə başladı. Yeri gəlmişkən, uşaqlarımız özlərini çox yaxşı aparmışdılar".

Çoxuşaqlı analar mağazadan belə qovuldular – VİDEOVideoçarxdan görünür ki, satıcı nəinki onlara xidmət göstərməkdən imtina edib, hətta onların üstünə qışqırmağa başlayıb. Hazırda videoçarxa 40 000-dən çox baxış olub.
Holli əlavə edib ki, mağazaya 4 uşağı ilə getdiyinə görə özünə qarşı belə kobud münasibətə dözmək niyyətində deyil.

" Uşaqlara baxmaq üçün mənim heç kimim yoxdur". O, hazırda ərinin həbsdə oluğunu da şərhə əlavə edib.

Çoxuşaqlı analar mağazadan belə qovuldular – VİDEO " Monika və mən 4 uşaq anasıyıq. Onları böyütmək üçün 3 işdə çalışırıq. Biz mağazadan çıxanda uşaqlar göz yaşları içərisində idilər. Onlar nə baş verdiyini anlamırdılar" – deyə qadın şikayətlənib.

Baş verənləri şərh edən supermarketin meneceri KHOU11 telekanalına öz versiyasını danışıb. Onun sözlərinə görə, ana və uşaqlar mağazada xaos yaradıb və başqa alıcılara mane olublar. Qadınlar kameranı işə salmazdan əvvəl bir neçə dəfə onlara xəbərdarlıq olunub.

" Uşaqlar mağazanın altını üstünə çevirirdilər, - hadissənin şahidlərindən olan alıcılardan biri deyib. – Düşünürəm ki, satıcı düz edib".

Cavabında isə Holli bildirib ki, heç nə satıcıya özünü belə aparmağa haqq vermir.

Hadisəyə hüquqşunasın rəyi isə belə olub:

"Anaların kiçik yaşlı uşaqlarının davranışlarını idarə edə bilməsi kimi qanun yoxdur. Əgər onlar təyyarədə səs-küy salsaydılar, onları ordan da atmaq lazımdır? Mağaza əməkdaşının iradı maddi ziyan dəysəydi doğru ola bilərdi. Belə halda da vəziyyəti aydınlaşdırmaq lazımdır. Əgər uşaqlar səs-küy salıblarsa, nəzakətlə analarından onları sakitləşdirmək xahiş olunmalıydı. Amma anaları ilə birlikdə onları qovmağa heç kimin ixtiyarı yoxdur. Sözsüz ki, mağazadan qovulan analar şikayət edə bilərlər. Onlar istehlakçıların hüquqları ilə məşğul olan təşkilata iddia ilə müraciət etməlidirlər. Yeri gəlmişkən, bu heç də az məbləğə başa gəlimir. Yaxşı olardı ki, onlar qaynar xəttə zəng etməklə mağazanın özündən şikayət etsinlər".

Xəbərlər     Baxılıb: 2355   Tarix: 21 noyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

kosmetik vasiteler kosmetoloq yay geyimləri 2026 qadın hüquqları bürclər baş gicəllənməsi spiral kokeldirmi kosmetika vidyolar qu quşu lakonizm qogal