Çuğundurla gözəlliyinizə gözəllik qatın – İSTİFADƏ QAYDALARI

Çuğundurla gözəlliyinizə gözəllik qatın – İSTİFADƏ QAYDALARISağlamlığa faydaları bilinən qırmızı çuğunduru rahatlıqla üz baxım maskası, dodaq boyası və sellülit yox edicisinə çevirə bilərsiniz.

Çuğundur sadəcə qida dəyəri ilə diqqət çəkmir. Həm də gözəllik məhsullarının içində istifadə edilən bir antioksidandır.
Çuğundurun tərkibində olan firuzəyi betalainlər tam antioksidan yüklüdür və həyat verir.
Aile.lent.az çuğundurun gözəllik üçün istifadə qaydalarını təqdim edir.

Çuğundurun suyunu sıxın, 1 taxta qaşığı çuğundur suyunu turşumuş kremlə qarışdırın. Bu qarışımı üzünüzə vurub 20 dəqiqə sonra yuyun.

Çuğundurları dilimləyib üzünüzə bununla dairəvi hərəkətlərlə masaj edin. 15 dəqiqə sonra üzünüzü sabunla yuyun. Bu yolla dəriniz işıltı və parlaqlıq qazanacaq.

İstəsəniz, çuğundur suyunu sarıköklə qarışdırıb istifadə edin. Bu maska isə qara rəngli dəriləri ağartmaq üçün edilir.

Evdə hazırlaya biləcəyiniz tonik üçün 1 ədəd nazik doğranmış qırmızı çuğundur, yarım doğranmış kələm, 1 stəkan suyu blendrdən keçirin. Üzərinə buz kubları da əlavə edin. Buz kubları qarışımın içindəki bütün suyu özünə çəkməlidir. Qırmızı çuğundur sizi gəncləşdirəcək, kələm də qırışları yox edəcək.

Dodaq və yanaqlarınıza rəng qatmaq istəyirsinizsə, şüşə kasanın içinə yarım doğranmış çuğundur, 2 qaşıq tərəvəz qliserini, qaynamış su əlavə edib 20 dəqiqə qaynadın. Sonra qulaq çöpü ilə yanaq və dodaqlarınıza vurun.

Sellülit üçün 2 ortaboy çuğunduru incə-incə dilimləyin, 3 qaşıq bal, 1 çay qaşığı qara istiotla qarışdırın. Qarışımı problemli bölgəyə sürtüb streç sellofanla sarıyın, 30 dəqiqə saxlayın. Həftədə 1 dəfə edə bilərsiz.

Qüsursuz dodaqlar üçün 2 ortaboy çuğundur alıb yuduqdan sonra üzərinə 1 stəkan su əlavə edib 2 dəqiqə qaynadın. Sonra içinə 1 qaşıq soyudulmuş hind qozu yağı, 1 çay qaşığı bal, 5 çay qaşığı şəkər tozu, 1 qaşıq qara şəkər tozu əlavə edin. Bunları şüşə cam qaba qoyub soyudun. Dodaq çatlaqlarının qarşısını alır, dodaqları daha canlı göstərir, ölü dərini təmizləyir.

Gözəllik və Moda     Baxılıb: 3619   Tarix: 21 oktyabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

turlar.az

kosmetik vasiteler toy makiyajlari qis geyimləri 2026 təmizlik xiyar tutmasi hazirlanmasi genc aile dieta kosmetika zəhmət maraqli hakistalar tut ağacı tutdudu seksler atalar sozu