Cüzam xəstəliyinə kimlər necə yoluxur? - Qədim dərdin müasir forması

Cüzam xəstəliyinə kimlər necə yoluxur? - Qədim dərdin müasir formasıBakterial infeksiya olan cüzamın törədicisi vərəm çöpləri ilə çox oxşardır. Həmin xəstəlik isti ölkələrdə daha çox yayılıb. Cüzamın törədiciləri ən azı 2, ortalama isə 9-20 il ərzində sağ qala bilirlər. İnfeksiya hava-damcı vasitəsilə yoluxur.
Bu xəstəliyin müxtəlif formaları var. Xəstəliyin vərəmə oxşar olan tipi tuberkloid xoşxassəlidir. Daha ağır forması lipromatoz tipidir. Cüzamın digər forması isə dəqiqləşdirilməmiş tip adlanır və onun gedişatı həm vərəmə, həm də cüzama çox oxşayır. Son 10-15 il ərzində Azərbaycanda cüzamın ağır formalarına rast gəlinməyib.
Ölkəmizdə dispanser qeydiyyatında olan cüzamlı xəstələrin əksəriyyəti yüngül və müalicəyə tabe olunan formadan əziyyət çəkirlər. Həmin xəstəliyə mübtəla olanlar Respublika Cüzam Xəstəxanasında dövlət vəsaiti hesabına müalicə edilirlər.
Milli.Az xəbər verir ki, həkim-dermatonevroloq Səbinə Əhmədova bu xəstəliyin əlamətlərini açıqlayıb.
Yüngül tipi olan tuberkloid tipi ləkələrlə, nadir hallarda isə düyüncüklərlə görülür. Lipromatoz tip cüzam nəzərəçarpan klinik əlamətlərlə - "şir üzü" siması, caynaqlı, sallanan əl, pəncədə olan xoralar ilə xarakterizə olunur. Cüzamın bu forması bədxassəli sayılır və yoluxuculuğa daha çox meyillidir. Belə tipdən əziyyət çəkən xəstələr çox azdır. Xəstəliyin bu növü klinik baxımdan ləkələrlə səciyyələnir, müəyyən vaxtdan sonra isə həmin ləkələrin üzərində qabarcıqlar, yəni, lipromalar əmələ gəlir. Lipromalar üzərində hissiyyat - temperatur və ağrı hissiyyatı itir. Xəstələrdə həm nevroloji, həm də dermatoloji əlamətlər müşahidə olunur.
Cüzama daha çox immuniteti zəif olan insanlarda rast gəlinir, bruselyoz, vərəm, onkoloji xəstəliklərdən əziyyət çəkənlər və uşaqlar arasında yoluxma riski daha yüksəkdir.
Bu xəstəlik bakterial infeksiya olduğuna görə uzunmüddətli xüsusi antibiotiklərlə müalicə edilir. Cüzam xəstələri profilaktika üçün izolyasiya olunmalı, diaqnoz dəqiqləşdirilənə və onlar tam sağalana qədər xüsusi şəhərciklərdə saxlanmalıdırlar. Bütün dünyada olduğu kimi, Azərbaycanda da belə məkan mövcuddur.
Azərbaycanda belə xəstələrin sayı azdır. Cüzam xəstələrinin sayının çoxluğu həmin ölkədə qida məhsullarının keyfiyyətinin və yaşayış səviyyəsinin aşağı olmasının göstəricisidir.
Ata və ana cüzamlı olsalar da, ana bətnindəki uşaq sağlam olur. Çünki xəstəlik qan vasitəsilə anadan dölə keçmir. /aztibb.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1214   Tarix: 01 fevral 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yay kolleksiyasi reseptler yemek reseptleri sac düzümləri qadindunyasi.az kakoslu paxlava hazirlanmasi kosmetika novruz bayramına aid hakışda bayatılar həsən bəy zərdabi ekizler burclər