D vitamini çatışmazlığı hansı xəstəliklərə səbəb olur?

D vitamini çatışmazlığı hansı xəstəliklərə səbəb olur?D vitamini başda sümüklər olmaqla bədənimizin bir çox yerində vacib vəzifələri olan vitamindir.
Milli.Az xəbər verir ki, D vitamini çatışmazlığı və ya azlığı böyüklərdə Osteomalasiya, uşaqlarda isə Raxit xəstəliklərinə səbəb olur.
Həmçinin D vitamini çatışmazlığı ilə demans və demansın ən çox yayılmış forması olan Alzheimer xəstəliyinin inkişaf riski artırır.
D vitamini çatışmazlığın qabağını almaq üçün günəşlənmək  və D vitamini tərkibli qidalar qəbul etmək lazımdır. Ama bütün tədbirlərə baxmayaraq bir sıra ölkələrdə və qocalarda D vitamini çatızmazlığı ciddi sağlıq problemlərinə yol açır.
D vitamini nədir?
D vitamini yağda həll olan vitamindir və bədənimizdə aşağıdakı funksiyaları yerinə yetirir:
Gidayla qəbul edilən kalsiy və fosforun bağırsaqlardan sorulmasını təmin edir;
Sümük əriməsinə yol açan parathormonun artıq sekresiyasının qabağını alır;
Bədəndə kalsiy və fosfor tarazlığını təmin edir;
İmmun sistemə müsbət təsir göstərir;
Hipertenziya, ürək xəstəlikləri, bəzi onkoloji və autoimmun xəstəliklərə qarşı qoruyucu effekti var.
D vitaminin təbii qaynaqları
D vitamini günəş ışıqları təsiri altında dəridə əmələ gəlir. Əgər Siz hər gün qollarınız, ayaqlarınızı və üzünüzü  örtülməmiş vəziyyətdə 20 dəqiqə günəşin altında saxlasanız, Siz günlük D vitamini dozanızı almısız deməkdir.  Lazimi günəş işığının miqdarı insanin dəri rəngindən, yaşından, günəşlənmə müddəti (20 dəqiqədən az və ya çox) və varsa başqa tibbi problemlərə görə dəyişir.
D vitaminin dəridə əmələ gəlməsi yaşla azalır. Tünd dərililərdə isə vitamin D nin dəridə əmələ gəlməsi üçün günəş altında çox qalmasına ehtiyac var, xüsusilə də qış aylarında. Qeyd edək ki, günəş kremləri (SPF faktoru 20 və çox olan) istifadə edənlərdə D vitamini əmələ gəlmir.
Bəzi gidalarda D vitamini təbii olaraq vardır ( yağlı balıqlar, balıq yağı, yumurta, kürü, bəzi göbələk növləri...)
D vitaminin çatışmazlığının səbəbləri
D vitan çatışmazlığının 3 əsas səbəbi var:
Həm günəşlə alınan, həm də gidalarla alınan D vitaminin az olması;
D vitaminin bağırsaqla sorulmasının pozulması;
Qaraciyər və böyrək xəstəliyi olan insalarda, D vitaminin aktiv formasına çevrilməməsi;
Bəzi dərmanlar. 
D vitaminini az alma problemi
Körpələr, uşaqlar və yaşlı insanlarda daha çox rast gəlinir. Ana südündə D vitamini çox azdır, hazır mamaların bəziləri D vitamini ilə zənginləşdirilmişdir. Yaşlılar xəstəlikləri ilə bağlı özlərinə gida məhdudiyyəti qoyduqlarından (damar sərtliyi və s.) süd və süd məhsullarından, yağlı balıqdan uzaq durmağa çalışırlar. Bununla birlikdə gida qəbulu normal olsa belə bağırsaqdan D vitaminin sorulması azalmışdır.
Kifayət qədər günəş işığı almama problemi
Körpələrin və uşaqların uzun müddət günəş altında qalmaqları dəri xərçəngi riskini artırdığından həkimlər tərəfindən tövsiyyə edilmir. Kök, tünd dərililər və yetərsiz günəş işığı alanlarda D vitamini yetərsizlik riski var. Qocaldıqca bədəndə D vitamini əmələ gəlməsi və vitamin deposu azalır. Bu vəziyyət qış aylarında və şimal bölgələrində yaşayanlar arasında daha çox görülür. Yay aylarında isə günəş kremlərin istifadəsi D vitaminin dəridə əmələ gəlməsinin qarşısını alır.
D vitaminin sorulmasının qarşısını alan xəstəliklər
Bəzi xəstəliklər D vitaminin bağırsaqdan sorulmasına mane olur. Seliakiya, Kron xəstəliyi və kistik fibroz bu xəstəliklər arasındadır.
Mədə və bağırsaqların bir hissəsi çıxarıldığı zaman və artıq çəki müalicəsində istifadə olunan gastric-bypass əməliyyatından sonra da D vitamini əksikliyi görülə bilər. 
Dərmanlar
Kortikosteroidlər (kortizon) kalsiumun  sorulmasını və D vitaminin metabozlizmini pozaraq osteoporozun yaranmasına yol aça bilər.  Köklük müalicəsində istifadə olunan ornistat və xolesterol tərkibli  Xolestiramin D vitaminin bağırsaqlardan sorulmasının qarşısını alır. Epilepsiya müalicəsində istifadə olunan fenobarbital və fenitoin tərkibli dərmanlar D vitaminin qaraciyərdə aktiv formaya çevrilməsinə mane olaraq təsirinin azaldır.
D vitamini çatışmazlığının nəticələri nələrdir?
Qanda kalsium səviyyəsinin aşağı olması (hipokalsemiya)
Qanda fosfor səviyyəsinin aşağı olması (hipofosfatemiya)
Uşaqlarda sümüklərin yumşalması və əyrilməsi ( Raxitizm)
Böyüklərdə sümüklərin yumşalması və əzələ zəifliyi (osteomalasiya)
Sümük kütləsinin azalması  və sümük qırılmasının çoxalması (osteoporoz)/ölkə.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1151   Tarix: 11 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

toy gecesi hamilelikde qidalanma gozel gorunmek şəkillər baş gicəllənməsi yagli saclar ucun meslehetler hamilelik kosmetika opusme arıqla veten seirleri vetene aid bayati sac modelleri