D vitamini çatışmazlığının 3 TƏHLÜKƏLİ ƏLAMƏT
Ultrabənövşəyi şüaların təsiri altında insan orqanizmində özlüyündən yarana bilən D vitamininin bədəndə çatışmazlığı bir sıra ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Bu problemlərə işarət edən üç əsas əlamət var ki, bunlar aşağıdakılardır:
Yorğunluq
Amerikalı həkimlərin araşdırmaları nəticəsində məlum olub ki, D vitamini çatışmazlığı insanın aktivlik səviyyəsini aşağı salmaqla yanaşı yorğunluğun yaranmasına da səbəb olur. Təcrübədə vitamin D çatışmazlığı olan insanlar iştirak edib. Könüllülərin təxminən 77%-i özlərini yorğun hiss etdiklərini və yüksək dozada D vitamini ilə müalicədən sonra vəziyyətlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.
Sümük ağrısı və ya əzələ zəifliyi
D vitamini kalsiumun tam udulmasını təmin etməklə skelet sisteminin sağlamlığını təmin edir. Bu səbəbdən də bu vitaminin çatışmazlığı halında insanın sümük ağrısı və əzələ zəifliyi kimi narahatlıqları yarana bilər.
Depressiya
Bununla bağlı bir araşdırmanın nəticələri göstərib ki, D vitamini çatışmazlığı depressiya və digər psixi pozğunluqların inkişafına təkan verə bilər. Bu maddə beynin normal fəaliyyətini dəstəkləyir və "xoşbəxtlik hormonları" (dopamin, adrenalin və noradreanlins) istehsalı üçün zəruri olan fermentin tənzimlənməsində iştirak edir.
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Arıqlamağa mane olan 3 böyük səhv
Uzun müddət oturmaq ölüm riskini artırır
Şaftalının faydaları nələrdir, neçə kaloridir?
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı