Dabanları yumşaq və hamar edən sadə vasitələr
Nahamar, quru dabanlar bir çox insanları narahat edir.
Saglamolun.az dabanları hamar və yumşaq etmək üçün sadə üsullar təqdim edir.
1. Ayaqlarınızı soda əlavə olunmuş isti vannada 20 dəqiqə ərzində saxlayın. (1 l su üçün 1 xörək qaşığı soda götürülür.)
Daha sonra ayaqlarınızı daban daşı və ya xüsusi fırça ilə təmizləyin, sonra soyuq su ilə yaxalayın. Nəzərinizə alın, ki bir dəfəyə bütün codlaşmış dərini təmizləmək olmaz, bunu tədricən bir neçə gün ərzində etmək lazımdır. Əks halda təzə əmələ gəlmiş dəri daha da cod olacaq. (Dabanlarda dərin ağrılı çatlar varsa, daban daşı istifadə olunmur - bu vəziyyəti daha da korlayacaq. Əvvəl çatları müalicə etmək lazımdır.)
2. 2 xörək qaşığı qliserin (apteklərdə satılır) 2 xörək qaşığı 9%-li üzüm və ya alma sirkəsi ilə qarışdırın. Qarışığa pambıq disk batırın və dabanlara və pəncələrin dərisinə çəkin. Sonra pəncələri plyonka ilə bükün və pambıq corab geyinin. Bu maskanı axşam yatmazdan əvvəl edin və səhərə kimi saxlayın. Səhər ayaqları ilıq su ilə yuyun və istənilən nəmləndirici krem çəkin. 4-5 belə prosedurdan sonra dərinizin vəziyyəti xeyli yaxşılaşacaq. Prosedurları hər gün etmək olar.
Dərinin vəziyyəti yaxşılaşdıqdan sonra bu maskanı həftədə 1 dəfə etmək olar.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi