Dad və qoxu itməsini aradan qaldırmaq üçün bunları etmək olmaz - Həkimdən TÖVSİYƏ

Dad və qoxu itməsini aradan qaldırmaq üçün bunları etmək olmaz - Həkimdən TÖVSİYƏCOVID-19 xəstələrinin bir çoxu həm də qoxu və dad hissinin itməsindən şikayətlənir. Bəziləri isə koronavirusdan sağalsalar da, qoxu, dad hissinin bərpa olunmadığını və ya gec bərpa olunduğunu bildirirlər. Bu halda müxtəlif üsullara əl atılır.  
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, daha bir mütəxəssis bu barədə danışıb. Rusiyadan olan ali dərəcəli otorinolarinqoloq (LOR) Vladimir Zaytsev deyib ki, koronavirus infeksiyasına yoluxanlardan dad itkisini spirt, acika, xardal, istiot və digər qıcıqlandırıcı məhsullardan istifadə edərək aradan qaldırmağa çalışanlar var. Onun sözlərinə görə, bir çoxları kəskin iyi, dadı olan ədviyyatları, digər məhsulları (məsələn, limonu) dilin üzərinə qoymaqla buna nail olmağa çalışır. Həkim bildirib ki, onlar bununla yalnız selikli qişanı qıcıqlandırırlar, iltihab yaradırlar.
O, dad hissiyyatının sürətli bərpası üçün tam əksini etməyi tövsiyə edib. Həkim əslində dietə keçməyi, qıcıqlandırıcı yeməklərdən, ədviyyatlardan imtina etməyi məsləhət görüb. Mütəxəssis deyib ki, bu, selikli qişanın şişməsini aradan qaldırmağa kömək edəcək. Onun sözlərinə görə, bu halı aradan qaldırmağa antihistaminlər də kömək edə bilər.
Qoxu duyğusuna gəlincə, həkimlər bildirirlər ki, qoxunu ayırd etməyə cavabdeh olan reseptorların yerləşdiyi burunun həssas epiteli təbəqəsi öz-özünə bərpa olunur. Bu, sağalanların da qeyd etdiyi kimi, 2-3 ay çəkə bilər. Qeyd olunur ki, prosesi B qrup vitaminləri qəbul edərək sürətləndirmək olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1649   Tarix: 23 yanvar 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

hamiləlik kosmetoloq qadin dunyasi hicablar sağlam qida xercengden qoruyan qidalar sellulit kosmetika vətən haqqında bayatı arxadan olmag cinsi elaqe zehmet ve zinet gözəllik