Dakrioadenit

DakrioadenitDakrioadenit göz yaşı vəzinin kəskin və ya xroniki iltihabi xəstəliyidir. Birtərəfli və iki tərəfli olmaqla daha çox uşaqlarda rast gəlinir. Hər hansı infeksiya onu yarada bilər.
SƏBƏBLƏRİ:
Çox vaxt qrip, pnevmoniya, qızılca, revmatizm, angina və s. infeksiya nəticəsində yarana bilər. Xroniki forması vərəm, sifilis xəstəliyini müşayiət edə bilər.
SİMPTOMLARI:
Xəstəlik yuxarı göz qapağının xaricində yaranan ağrı, qızartı və şişkinliklə başlayır. Ödem nəticəsində göz qapağının kənarı S-vari forma alır, əlamətlər bir neçə gün ərzində dərinləşir ,ödem artır, göz alması aşağı və içəriyə doğru yerini dəyişir, xəstə ikigörmədən şkayət edir .Belə xəstələrdə regionar limfa düyünləri şişir, ödem gicgah nahiyəsinə, bəzi hallarda üzün uyğun tərəfinə yayılır.
Kəskin dakrioadenit əsasən 1-3 həftə davam edir. Müalicə olunmayanda beyin qişalarının iltihabı meningitlə nəticələnə bilər.
Xroniki formada göz qapağının xaricində ağrısız bərk infiltrat olur. Xəstəlik yüngul iltihab əlamətləri ilə keçir.
DİAQNOSTİKASI:
Diaqnozu klinik əlamətlərə əsasən oftalmoloq tərəfindən qoyulur.
MÜALİCƏSİ:
Müalicə zamanı inyeksiya və damcı şəklində geniş spektrli antibiotik, steroid və qeyri-steroid iltihab əleyhinə preparatlar və ağrıkəsicilərdən istifadə olunur. Abses zamanı iltihab açılraq drenaj qoyulur. Xroniki formada yanaşı gedən xəstəlik müalicə olunmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 954   Tarix: 24 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

donlar 2026 yaz geyimleri 2026 kosmetik vasiteler ekzema xəstəliyi hakışta xınayaxdı sözləri hicab baglamaq usullari cennet almasinin murebbesi kosmetika tapmaca qiz burcu vətən həsrəti zencefil hakistalar