Damar tıxanmasına və insulta səbəb olan QİDALAR

Damar tıxanmasına və insulta səbəb olan QİDALARŞahdamarda daralma və ya tıxanma çox təhlükəlidir, çünki həyati orqanlardan biri olan beyinə mənfi təsir edir. Bu halda beynin qanla qidalanması azalır və ya darlıq bölgəsindən beyinə tromb atılaraq insulta səbəb olur.
Milli.Az medicina.az-a istinadən mövzu ilə bağlı öyrədici məlumatları təqdim edir.
Xalq arasıda damar tutulması olaraq bilinsə də, şahdamarda tibbi olaraq vacib olan damarın tutulması deyil, damarın daralmasıdır. Çünki damar tam tutulduqdan sonra müalicəyə ehtiyac yoxdur və ya mümkün deyil.
Biyan kökü
Biyan qiymətli texniki bitkilərdən biridir. Bəzi insanlar öskürək, boğaz ağrısı, mədə turşluğu kimi problemlərin müalicəsində biyan kökünü seçir. Biyan kökünün tərkibi qlisirin turşusu ilə zəngindir. Ona görə də damarlarda tıxanıqlığa səbəb olur. Həmçinin bir nüçə həftə ar-arda hər gün istifadə edilsə, yüksək təzyiqə səbəb ola bilər.
Kofein
Çay və qəhvənin baş ağrısına yaxşı təsir etdiyini əksəriyyətiniz müşahidə etmisiniz. Miqren ağrısı zamanı damarlar genişlənir və qanla dolub ağrılara yol açır. Kofeinli içkilər qəbul etdikdə isə damarlar büzülür, damarlardakı qan çoxluğunun qarşısı alınır, ağrılar dayanır.
Trans yağlı gidalar
Şirniyyatlar, mikrodalğalı sobada partladılmış qarğıdalı kimi bir çox qidaların tərkibi trans yağlardır. Sözügedən qidalar xolesterini yüksəldir. Nəticədə isə arterial damarlarda tıxanma yaranır.
Çox duzlu qidalar
Natrium bütün ərzaq məhsullarında var. Əsas mənbəyi isə xörək duzudur. İnsan orqanizmində natrium eritrositlərdə - qırmızı qan hüceyrələrində, zərdabda, qida həzmi şirələrində, sümüklərdə, əzələlərdə, bütün daxili orqanlarda, dəridə olur. Natriumun 40 %-i sümük toxumalarında olur. Kalium ilə birlikdə hüceyrənin transmembran potensialını yaradır və hüceyrə membranının həyəcanlanmasını təmin edir. Nəticədə qan təzyiqi yüksəlir. Ona görə də duzlu qidalardan uzaq durmaq məsləhətlidir.
Şahdamar darlığı və ya tıxanıqlığı necə yaranır?
Şahdamar darlığı (karotis arterial damarı) damar sərtliyindən və ya damar kirəclənməsindən yaranır. Şahdamar tutulması 50 yaşından yuxarı hər kəsdə görülə bilər. Damar sərtliyinə bağlı yarandığı üçün damar sərtliyi yaranma riski böyük olan pasientlərdə (yaşı çox olan, şəkər xəstəliyi olan, yüksək təziqi olan və siqaret çəkən) daha çox təsadüf olunur.
Şahdamar daralması səbəbiylə beyinə tromb atılarsa, hansı şikayətlər yaranar?
• Gözlərdə qısamüddətli qaralma. Qaralma bir gözdə təsadüf olunur və bu göstəriciyə görə xəstəliyin ilkin mərhələsində qoymaq mümkündür.
• Üzdə və ya qolda keyimə, gücsüzlük hissi.
• Qol və ayaqlarda gücsüzlük, keyimə və iynələnmə hissi.
• Qol və ayaqlarda insult.
• Danışığın pozulması, danışılanı eşitməmə və başa düşməmə.
• Beyinə tromb atılmamışdan əvvəl keçməyən baş gicəllənməsi.
Xəstələrin bir çoxunda boyun damar darlığı bu şikayətlərdən sonra aşkar edilir və müalicə olunur.
Əsas olan bu darlığın insult və bu kimi ağır fəsadlar yaratmadan diaqnoz qoyulması və müalicə edilməsidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1488   Tarix: 25 dekabr 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

donlar 2026 makiyaj etmek qaydalari geyim necə seçməli qəlyanaltı reseptləri sarmisaqin faydasi psixoliji məsləhətlər tutun xeyri kosmetika novruz hakisdalari rus dilini öyrənək 2 ci dərs veten sekisler sağlamlığa aid atalar sözləri