Damarları təmizləyən və təzyiqi salan çox sadə TƏBİİ VASİTƏ

Damarları təmizləyən və təzyiqi salan çox sadə TƏBİİ VASİTƏXolesterinin əsas hissəsi (75%) qaraciyərdə sintez olunur, daha az hissəsi isə (25%) orqanizmə qida ilə daxil olur.
Xolesterin həyati vacib maddədir - bütün hüceyrələrin membranlarına daxildir, hormonların sintezində iştirak edir, beyin və immun sisteminin normal fəaliyyəti üçün vacibdir və s.
Lakin xolesterin orqanizmdə müəyyən səviyyədə olmalıdır və bu səviyyədən yüksək qalxmamalıdır. Əks halda orqanizm tərəfindən istifadə olunmamış, artıq xolesterin damarların daxilində yığılmağa başlayır ki, nəticədə damarlar daralır, onların divarları isə elastikliyini itirir, sərtləşir, damarların partlaması və ya tamam bağlanması riski artır.   
Xolesterinin səviyyəsinə daim nəzarət etmək lazımdır. Söhbət əsasən "pis" xolesterindən gedir. Bəli, yaxşı xolesterin də var və bu xolesterin əksinə pis xolesterinin damarlarda yığılmasının qarşısını alır.
Bəzi çox sadə və əlçatan təbii vasitələr orqanizmdə pis xolesterinin səviyyəsini aşağı salmağa yardım edir.
Saglamolun.az Beynəlxalq profilaktik təbabət jurnalına (International Journal of Preventive Medicine) istinadla bildirir ki, bu jurnalda xolesterinin təbii vasitələrlə tənzimlənməsinə həsr olunmuş yeni araşdırmanın nəticələri dərc olunub.
Mütəxəssislər sübut edirlər ki, sarımsaq və limon şirəsinin qarışığı xolesterin və triqliseridlərin tənzimlənməsi üçün çox effektli və sadə vasitədir.
Araşdırmada 30-60 yaşlar arası insanlar iştirak edib. İştirakçılar 4 qrupa bölünüb. 1-ci qrup hər gün 20 qr sarımsaq və 1 x.q. limonun qarışığını, 2-ci qrup - yalnız sarımsaq, 3-cü qrup - yalnız limon qəbul edirdi, 4-cü qrup isə heç nə qəbul etmirdi.
Araşdırma göstərib ki, birinci qrupda olan insanlarda ümumi və pis xolesterinin səviyyəsi digər qruplarla müqayisədə əhəmiyyətli dərəcədə aşağı düşüb. Həmçinin bu qrupda olan könüllülərin arterial təzyiqi də aşağı düşüb.
Mütəxəssislər xolesterinin səviyyəsi yüksək olan insanlara hər gün limonlu-sarımsaqlı qarışığı qəbul etməyi və eyni zamanda qidalanmada yağlı qidaların miqdarını azaltmağı tövsiyə edirlər
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 993   Tarix: 03 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

yay kolleksiyasi hamilelikde qidalanma makiyaj instagram usaq otagi dizaynlari ərzaqlar asan sizanaqlara qarsi vasite kosmetika bayatılar gözellik novruza aid hakisda maraqli hakistalar laylalar