Damarlarınızın zəif olduğunu göstərən SİMPTOMLAR
Kardioloq İrina Vasilyeva insanda damarların zəif olmasına işarə edən simptomları açıqlayıb.
Milli.Az xəbər verir ki, mütəxəssisin fikrincə, əllərdə və ya ayaqlarda uyuşma və qaşınma, soyuq dəri, ayağın, topuq və ya baldırın tez-tez şişməsi bu problemin varlığını göstərə bilər.
"Yaddaş, diqqət, konsentrasiya ilə bağlı problemlər, aşağı ətraflarda ağrılar, varikoz damarlarda və ya hətta ayaqların dərisində xoralar varsa, sağlamlığınıza ciddi diqqət yetirməlisiniz", - ekspert bildirib.
Kardioloq qeyd edib ki, qan dövranının pozulmasının müxtəlif səbəbləri var. Bunlardan ən çox rast gəlinənləri ateroskleroz, tromboz, şəkərli diabet, artıq çəkidir. Damar divarlarını zədələyən, infarkt və insult riskini artıran əsas səbəblərdən biri isə siqaretdir. (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi