Danışarkən edilən fərqli üz, əl-qol hərəkətləri xəstəlikdir, yoxsa vərdiş? - ARAŞDIRMA - FOTO

Danışarkən edilən fərqli üz, əl-qol hərəkətləri xəstəlikdir, yoxsa vərdiş? - ARAŞDIRMA - FOTOBəzi insanların danışarkən tez-tez fərqli üz, əl-qol hərəkətləri etdiyinin şahidi oluruq. "Bəs bizə qəribə görünən bu hərəkətlərin səbəbi nədir?" - sualını veririk.
Milli.Az "Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir:
Bizim üçün fərqli görünən bu hərəkətlərin adı tibdə nevroloji tikdir, yəni sinir yığılmaları. Tiklər - istənilən yaşlı insanlarda qeyri-ixtiyari qısamüddətli əzələ yığılması nəticəsində baş verir. Sinir yığılmaları tezliyinə, intensivliyinə, müddətinə və müxtəlifliyinə görə dəyişir. Adətən, həm uşaqlar, həm də böyüklərdə xüsusi müalicəyə ehtiyacı olmur. Lakin daimi hal alanda nevropatoloqa müraciət etmək məsləhət görülür. Çünki nevroloji tiklərin əsas yaranma səbəblərindən biri əsəb sisteminin fəaliyyətinin pozulmasıdır. Bu cür disfunksiya halı beyindən əzələyə qeyri-adekvat impulslar göndərir ki, nəticədə qeyri-ixtiyari və qısamüddətli yığılmalar baş verir. İnsan özü-özlüyündə bunun qarşısını ala bilmir, proses spontan yaşanır.
Əqli və fiziki gərgin işlər, xroniki yorğunluq, stress, qorxu, depressiya, nevroz, psixiki travmalar nevroloji tikləri tətikləyən səbəblərdir. 
Nevroloji tiklər rəngarəngdir. Onun mimik, motorlu, vokal, sensor və s. kimi müxtəlif növləri var. İnsanlarda ən çox müşahidə etdiyimiz mimik nevroloji tiklərdir. Buna göz qırpmaq, göz vurmaq, başı, dodağı tərpətmək, burun çəkmək, dil çıxartmaq və s. aiddir.
Motorlu nevroloji tiklər isə ətrafların qeyri-ixtiyari hərəkətidir. Yəni, çiyinləri çəkmək, ayaq atmaq, yumruq sıxmaq və s.
Fit çalmaq, zarıltı, öskürək, bir-birinə bağlılığı olmayan söz və hecaların səslənməsi, boğazı qaşımaq və s. da vokal nevroloji tiklərdə özünü göstərir.
Sensor tiklər isə bir qədər fərqlidir. Bu cür tiki olan insanlarda bədəninin müəyyən hissələrində qeyri-ixtiyari hərəkətlər baş verir. Qarın, diafraqman reflektor hərəkəti, çanaq əzələlərinin titrəməsi bədən tikləri, qeyri-ixtiyari əl çalmaq, yüngülcə tullanmaq və önə-geriyə addımlamaq isə ətrafların tiki adlanır.
Nevroloji tiklərdə bir və bir neçə əzələ qrupu iştirak edə bilər. Bəzən onların bir neçə dəfə təkrar olunanlarına da rast gəlinir. Bu cür sinir yığılmaları mürəkkəb tiklər adlanır. Hoppanma, qaşınma, qeyri-ixtiyari söz təkrarları bura aiddir.
Psixiatr Afət Bağırova deyir ki, nevroloji tiklər özü-özünə də yarana bilir, hər hansı bir xəstəliyin fonunda da:
"Hər şey insanın hansı psixoloji, nevroloji durumda olmasından asılıdır. Nevroloji tiklər əsasən stressdən, qorxudan sonra yaransa da, beyində funksional pozğunluq nəticəsində də ortaya çıxa bilir.  Ümumən götürsək, səbəblər həddindən artıq çoxdur. Məsələn, revmatizmin kəskin mərhələlərində, o cümlədən, doğum zamanı, uşağın ana bətnində keçirdiyi travmalar, qeysəriyyə əməliyyatı, hamiləlik zamanı ananın qanında olan viruslar nəticəsində uşaqda sonradan bu cür nevroloji tiklər müşahidə oluna bilər. Müalicə üçün ilkin olaraq, nevroloji tiklərin yaranma səbəbini düzgün tapmaq lazımdır. Çünki hər şey səbəbdən asılıdır. Məsələn, əgər səbəb stress və ya qorxudursa, onda psixoterapiyaya ehtiyac var. Tiki olan insan üçün komfortlu, sakit həyat şəraiti qurmaq vacibdir. Evdə valideynlər arasında problemlər olanda, xoşagəlməz hadisələr baş verəndə bu, uşaqların psixi durumuna çox pis təsir edir. Buna mütləq diqqət etmək lazımdır. Bəzən psixoterapiya ilə yanaşı, nevroloji və pedaqoji müalicəyə də ehtiyac duyulur". 
Ümumən götürsək, tiklərə səbəb olan amillərdən maksimum uzaq durmaq məsləhət görülür. Ən yaxşısı isə arada orqanizmə istirahət verməkdir. Çünki insanın bir çox problemləri məhz gərgin və fasiləsiz işləməkdən yaranır. Bundan əlavə, nevroloji tiklərin qarşısını almaq üçün xüsusi məşqlər də var. Məsələn, gözlərimizi 15 dəqiqə yumulu vəziyyətdə saxlamaq, pambığı ilıq suda isladıb gözün üstünə qoymaq çox faydalıdır. Həmçinin, gözləri iri açıb, sonra bir neçə saniyəlik yummaq, sakitləşdirici çaylar içmək də nevroloji tiklərə çox yaxşı təsir göstərir.
Nevroloji tikləri olan adamlar gündəlik həyatlarına da fikir verməlidirlər. Yəni öncədən profilaktik tədbirlər görmək də çox vacibdir. Bunun üçün sağlam həyat tərzi keçirmək, düzgün və balanslı şəkildə qidalanmaq, spirtli içkilərdən, siqaretdən imtina etmək, iş, yuxu və istirahətə düzgün vaxt ayırmaq lazımdır.
Sonda bildirmək istərdik ki, nevroloji tiklər sadəcə psixi və emosional pozğunluqların fonunda özünü büruzə verir və insanın zehni, fiziki fəaliyyətinə heç bir mənfi təsir göstərmir. Bu cür vəziyyətlərdə özümüzü narahat hiss etməmək üçün sadəcə bəzi qaydalara riayət etmək kifayətdir...
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1232   Tarix: 13 mart 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Soyuducunuzda varsa, ölüm saçır

Süd, yumurta, pendir, kolbasa, eləcə də bişmiş yeməklərin düzgün saxlanılmaması ciddi sağlamlıq riskləri yarada bilər. -a istinadən bildirir ki, mütəxəssislərin tövsiyələrinə əsasən, mətbəxdə və soyuducuda tez-tez rast gəlinə

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

.

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının "arıqlamağa kömək edir", "piy yandırır", "yağları əridir", "bədən çəkisini azaltmağa kömək edir" və digər bu kimi ifadələrl

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

.

Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?

Ağciyərlərin bərpa müddəti siqaretdən istifadə illərindən və insanın ümumi sağlamlığından asılıdır. Bu proses bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. xəbər verir ki, siqareti dayandırdıqdan bir neçə saat sonr

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

turlar.az

adlarin menasi sac duzumleri gözəllik məhsulları aylıq bürclər vətənə aid bayatılar aliment almaq idmandan sonra ne yemek lazimdi kosmetika əfsanələr hakista sozler qizlar babasil mikayıl abdullayev