Davamlı antikorları olan koronavirus ştammı tapıldı
Texas A&M Universitetinin alimləri koronavirusun davamlı antikorları olduğu sübut edilən yeni bir variantını kəşf edib. Yeni kəşf barədə "MedicalXpress" saytında yerləşdirilən press-relizdə bildirilib.
Publika.az xəbər verir ki, tədqiqatçılar ştammın sürətli yayılma, daha ağır xəstəlik və insanın immunitetinə qarşı yüksək müqavimət ilə əlaqəli genetik markerləri birləşdirdiyini söyləyib. BV-1 yalnız mülayim soyuqdəymə əlamətləri olan bir tələbədən alınan tüpürcək nümunəsində aşkar olunsa da, başqa heç bir infeksiya aşkar edilməyib. Mütəxəssislər 5-25 mart tarixlərində virusun müsbət test nəticələrini alıblar ki, bu da 18-24 yaş arası xəstələrdə görüləndən daha uzun bir infeksiya olduğunu göstərir. 9 aprel tarixində alınan üçüncü bir tüpürcək nümunəsi mənfi olub və virus əlamətlərini göstərməyib.
ABŞ-da və dünyada bir çox laboratoriya yalnız ağır COVID-19 xəstələrindən təcrid olunmuş virusların genom kodunu açarkən Texas A&M Universitetinin mütəxəssisləri koronavirusun potensial təhlükəli variantlarını tapmaq üçün xəstəlik törətməzdən əvvəl daha geniş araşdırma aparıb. Alimlər artıq BV-1 genom ardıcıllığı məlumatlarını qrip və koronavirus viruslarının genomik məlumat bazası olan GISAID-ə təqdim edib.
Aytən Məftun









Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi