Davamlı üşüməyin 4 təəccübləndirici səbəbi
1. İnfeksiya xəstəlikləri: Xüsusilə qış aylarında soyuqdəymə, qrip, bronxit və sətəlcəm kimi xəstəliklərin ilk əlaməti üşümə, titrəmə və istilik olur. Uyğun müalicə olmadıqda üşümə davamlılıq göstərə bilər. Bu səbəbdən də, həkim müayinəsi olduqca önəmlidir.
2. Qanazlığı: Üşüməyin bir başqa mühüm səbəbi isə cəmiyyətdə "anemiya" kimi tanınan qan azlığı xəstəliyidir. Əhəmiyyətli bir sağlamlıq problemi olan və olduqca sıx görülən qanazlığı qadınlarda daha tez-tez rast gəlinir. Bunun səbəbi isə yetərsiz qidalanma, qatı pəhriz tətbiq etmək, həddindən artıq qan itirmə və ya həzm sistemində baş verən problemlərdir.
3. Sinir sistemi xəstəlikləri: Sinir sistemi xəstəliklərində üşümə, hissiyatsızlıq və hərəkət pozğunluğu kimi əlamətlərin altında əzələ xəstəlikləri və ya multi skleroz kimi xəstəliklər ola bilər.
4. Dəri xəstəlikləri: deyerler.orgbildirir ki, dəri xəstəliklərində qızartı, sulanma və kəpəklənmə kimi əlamətlərdən əvvəl üşümə, titrəmə və həssaslıq ilk əlamətlərdəndir. Bu əlamətlərə diqqət edərək, həkimə görünmək lazımdır, əks halda müalicə şansı azalıb, xəstəliyin irəliləməsi sürətli ola bilər.
ÜŞÜMƏMƏK ÜÇÜN BUNLARI MÜTLƏQ EDİN!
- Bədənin istilik itkisinin qarşısını almaq üçün nə çox nazik, nə də çox qalın geyinin. Bədən temperaturunu qoruyacaq şəkildə olan geyimlərə üstünlük verin.
- Qidalanmaya diqqət edin, yetərsiz və ya həddindən artıq kalori qəbul etməyin.
- İmmuniteti vitaminlərlə dəstəkləyin.
- İdman bədənin istilik tarazlığını qorumaq üçün olduqca mühümdür. Bu səbəblə qış mövsümündə də idman etməyi unutmayın.
Qaynarinfo.Az
f Paylaş








Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı