Dəbdə olan... qurdlar

Dəbdə olan... qurdlarDigər yoluxucu xəstəliklər kimi, qurd xəstəlikləri də artmaqdadır.
Əvvələr də uşaqlarda qurd xəstəliklərinə rast gəlinirdi və hər kəs bir dəfə müalicə olunmaqla canını qurtarırdı. İndi isə əksinə nedənsə ildə bir neçə dəfə müalicə almaq lazım gəlir.
Qurdların sevdiyi qidalar və sevdiyi şərait var. Ona görə də onların sevdikləri  şərait özümüzdə  yaratmamalıyıq. Hətta bu barədə məşhur alim Bauman da deyib: "Əsas qurd deyil, qurd üçün yaradılan şəraitdir". İndi elmi-texniki tərəqqi nəticəsində daha rahat müalicə üsulları var, amma qurd xəstəlikləri artır, qurdlar üçün şərait də yaradılır. İş o yerə gəlib çatıb ki, bəzən əlaməti qurd olmayan xəstəliyi belə qurdun yaratdığını iddia edirlər. Birinin dərisi avazıyır, rəngi qaçır, narahat olur, saçı tökülür, öskürür və s. Aidiyyəti olmayan həmin əlamətləri qurd xəstəliklərinin boynuna yıxırlar.
Azərbaycan qurd xəstəliklərinin geniş yayıldığı məkan deyil. Qurdun əlamətlərinə gəldikdə;  kiminsə hansısa üzvündə problem varsa, qurd bir parazit olaraq şərikli fəaliyyət göstərdiyi üçün həmin problemi sürətləndirir - saç tökülürdüsə onu artırır, bağırsaq problemi vardısa sürətləndirir, əlavə olaraq arıqladır, ağızdan qoxu gəlir, qəbizlik və ya ishal olur, qanı aşağı olur, halsızlıq, iştahsızlıq və yorğunluq baş verir.
Bəzən həmin əlamətlərə rast gəlinməsə də, qurd olur, çünki xroniki vəziyyətə keçəndən sonra, yəni orqanizmlə neçə ay ərzində "dost" olduqdan sonra da əlamətini büruzə vermir. Bəs onu nə vaxt və necə bilmək olar? Orqanizmdə başqa xəstəlik varsa, xəstəlik gec sağalır və ya düzəlmirsə, həmin xroniki prosesi yaradan qurd xəstəliyi, infeksion xəstəlik və ya göbələk olduğunu üzə çıxarmaq lazımdır.
Ən çox rast gəlinən parazitlər - askarid, bizquyruq, tükbaş qurd, giardia lyambliya (ibtidai parazitdir), it askaridi, blastosistlər, enli lentcə, öküz soliteri, bəzən ona el arasında "kəpənək qurdu" da deyilir, exinokkok və s. İxtisasca  parazitoloq olan bir həkimin dediyi kimi, Afrika və Asiya qitəsinin bir çox ölkələrində həmin parazitlərin 10 qatı var, amma o ərazilərdə heç bu qədər həyəcan yaradacaq şüarlar səslənmir və dəbə düşmür.
Qurd xəstəliklərini düzgün müalicə edəndən sonra xəstə sağalır. Müalicə zamanı gərək  xəstə də xəstəliyin nə olduğunu anlasın. Parazit qurdların əksəriyyəti bağırsaqda yaşadığına görə ilk növbədə nəcisi müayinə etmək lazımdır. Nəcis ilk növbədə qısa zamanda laboratoriyaya təhvil verilməlidir. Əksər infeksion xəstəliklər kimi, qurd xəstəliklərini keçirənlərdə xroniki formada immun yaddaşında qalır. Bunun üçün qanda İgG yoxlanılır.
Əslində qanın ümumi analizində eozinofillərin miqdarının yüksək olması da qurd xəstəliyinin tədqiqinə kömək edir. Lakin kəskin mərhələ üçün nəcis və qanda İgM analizləri əsasdır.
Bizquyruq qurdda isə sellofan bant metodu ilə bütün laboratoriyalarda baxılması mümkün olan müayinə metodurur. Bəzən bir orqanizmdə bir neçə qurd yaşaya bilər və bu zaman onların hamısının təmizlənməsinə uyğun istiqamət seçmək lazımdır.
Müalicə zamanı əvvəlcə orqanizmi hazırlamaq lazımdır, yoxsa  5-6 dərmanı birdən başlayıb orqanizmi zəiflətmək olmaz. Qədim təbabətdə qurdlarla mübarizə üçün müxtəlif təbii vasitələrdən istifadə edilirdi və xəstə sağalırdı. Belə xalq təbabəti vasitələri arasında:
- 10 qr adi dağ tərxunu, 5 qr acı yovşan, 5 qr qozağacı tumurcuğu, 5 qr pişikotu, 5 qr işlədici murdarça meyvəsi, 300 ml də dəmlənib 100 ml 3 dəfə yeməkdən sonra qəbul edilir.
- 300 qr təmizlənmiş balqabaq tumları əzilir, alınan sıyıq bankaya tökülür, üzərinə 14 stəkan su və 100 qr bal əlavə edilərək qarışdırılır, səhərlər 1 saat ərzində az-az yeyilir, 3 saat sonra işlədici dərman qəbul edilir.
- 50 qr çörəkotu toxumu 50, 80 qr andız, 100 qr balqabaq toxum, 10 qr mixək toz halına salınıb 500 qr bala qarışdırılır və yaşından asılı olaraq 1 çay qaşığı və ya xörək qaşığı  yeyilir.
Bu sıranı uzatmaq olar, amma əsas nəyi müalicə etməmiz önəmlidir.
Müəllif: Elnur Rəhimov
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1263   Tarix: 07 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

yaz geyimleri 2026 aksessuarlar toy makiyajlari üzdə sızanaqlar ciyer qovurmasi qadin ve kisinin seksi göyəmin faydası kosmetika cinsi əlaqə novruz bayrami hakisda ana haqqinda bayati hakisda sağlamlıq