Dəcəl uşaqları cəzalandırma üsulları. TÖVSIYƏLƏR

Dəcəl uşaqları cəzalandırma üsulları. TÖVSIYƏLƏRBir çox ailələrin ən ağrılı problemi uşaqların sözə qulaq asmaması və ya intizam qaydalarına əməl olunmammasıdır.
Bu istiqamətdə hər bir valideynin nəzərə almalı olduğu ən vacib məsələ uşağa aydın şəkildə izah edilmiş qaydaların olmasıdır. Başqa sözlə uşaq bilməlidir ki, nəyi etmək olar, nəyi etmək olmaz. Digər məsələ bu qaydaların daimiliyidir - siz valideyn olaraq əmin olmalısınız ki, eyni məsələ "olmaz"sa - deməli daima "olmaz". Məsələn, əgər övladınız mobil telefonu oynadırsa və bu sizin qaydalar çərçivəsində "olmaz"lara aiddirsə deməli bu həmişə  "olmaz"lara aid olmalıdır. Təəsüf ki, bəzi ailələrdə"olar"lar və "olmaz"lar daimi xarakter daşımır.
Cəzalandırma üsullarını oxumadan öncə özünüzə bu sualları verin: Sizin ailədə intizam qaydaları aydın şəkildə müəyyən olunubmu? Sizin övladınız "olar" və "olmaz"larla tanışdırmı? Siz özünüz bu qaydalara daim, istisnalarsız əməl edirsinizmi? Hər 3 suala "bəli" cavabı verirsinizsə aşağıdakı üsullardan faydalana bilərsiniz:
Üsul 1 - Uşağın səhv hərəkətinə görə baş verən təbii nəticələrin qarşısını almayın və ya ört-basdır etməyin - Məsələn, əgər uşaq öz oyuncaqlarını sındırırsa, ona mane olmayın - bir müddət sonra o, başa düşəcək ki, oyuncaq sındıqda onunla daha oynamaq olmur, özü oyuncaqsız qalır. Aşağı yaşlardan uşaqlar başa düşməlidir ki, hər bir hərəkətin nəticəsinə görə cavabdehlik daşımaq lazımdır.
Üsul 2 - Səhv hərəkətlərin məntiqi nəticəsini uşağa nümayiş etdirin. Əgər nəticələr təbii şəkildə baş vermirsə, bu halda övladınızı öz hərəkətinin məntiqi nəticəsi ilə üz-üzə qoyun. Uşaq oyuncağını divara çırpırsa bu oyuncağı həmin gün onun əlindən alın. Bu qaydanı ardıcıl və istisnasız tətbiq edin.
Üsul 3 - Şərt qoyun. Uşaqlar 2,5-3 yaşına qədər qaydaları başa düşmək və yadda saxlamaqda çətinlik çəkirlər. Bu səbəbdən də onlar tez-tez qaydaları pozurlar. Əgər övladınız qaydaları başa düşmürsə ən məsləhət olunan üsul uşağa seçim vermək və ya şərt qoymaqdır. Məsələn, uşaq əgər planşetlə oynamaq istəyirsə "nə vaxt yeməyini yeyib bitirsən, o zaman planşeti götürə bilərsən" deyə bilərsiniz. Və ya əgər uşaq üst geyimini geyinmək istəmirsə ona "Yaxşı, onda gərək paltarı əlində aparasan" deyə bilərsiniz.
Üsul 4 - Sevimli əşyadan və ya fəaliyyətdən məhrum edin. Bu çox sadə üsuldur, əgər övladınız "olmaz"lara aid nəsə edirsə onu sevdiyi oyuncaqdan və ya fəaliyyətdən məhrum edə bilərsiniz. Amma məhrum etdiyiniz şey o qədər də zəruri bir şey olmalı deyil. Məsələn, uşağı yeməkdən məhrum etmək olmaz! Hansısa oyuncaqdan, həyətdə keçirdiyi vaxtdan və ya ailənizə aid olan başqa bir fəaliyyətdən onu məhrum edə bilərsiniz.
Üsul 5 -  Səsinizi ucaldın. Övladınızı cəzalandırarkən səsinizin tonunu qaldıra bilərsiniz. Amma unutmayın ki, uşağın üstünə bağırmaq və ya onu təhqir etmək olmaz. Sadəcə olaraq daha yüksək səslə onun qaydalardan kənara çıxdığını xatırladın.
Üsul 6 - Küncə qoyun. Bu metod klassik metoddur və uzun müddətdir ki, bizim ailələrdə və məktəblərdə cəza metodu olaraq tətbiq olunur. Cəza metodu kimi, uşağı öz otağına göndərməyin. Daha çox ona vaxt yaradın ki, bir az tək qalıb öz əməli haqqında düşünsün. Bu zaman onun yanında dura bilərsiniz. Bəzi psixoloqlara görə uşağı küncə qoymaq düz cəza tədbiri deyil.  Valideynlər daha çox vaxtdan istifadə edib uşaqla etdiyi hərəkət barədə danışmalıdır.
Üsul 7 - Övladınızı vurursunuzmu? Müasir zamanda demək olar ki, bütün psixoloqlar "vurmaq" və ya "uşaq döymək" kimi üsulları qətiyyətlə inkar edirlər. Bu üsul uşaqlarda aqresiyyanı artırır və bir o qədər nəticə vermir. Bununla belə, bir çox valideynlər bu üsuldan istifadə edir. ABŞda keçirilmiş bir sorğunun nəticəsinə görə 10 valideyndən 8-i uşaqları hərdən-bir vurmağı məqbul hesab edir.  86% iştirakçı isə uşaq vaxtı valideynləri tərəfindən döyüldüklərini qəbul edirlər. Bu üsulu məsləhət görmürük. Bu mövzuya ayrıca olaraq qayidacağıq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1475   Tarix: 07 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

adlarin menasi reseptler həkim məsləhəti evim interyer maraqli sitatlar dondurmalar xina sozleri kosmetika bakire qaynana novruz kəlamlar haqisda