Dəhşətli göstəricilər: nikaha girənlərin çoxu virus daşıyıcılarıdır
Bunu nikaha girməmişdən əvvəl tibbi müayinələr zamanı müəyyən ediblər.
İyun-dekabr ayları ərzində nikaha daxil olanların çoxu müxtəlif xəstəlik daşıyıçısıdır.
6 ay ərzində nikaha daxil olan 75 min insan tibbi müayinədən keçirilib. Onlardan 5034-də Talasemiya, 51-də HİV virusu, 183-də isə Sifilis aşkarlanıb.
Hematologiyanın və Transfuziologiya elmi-tədqiqat institutunun direktoru Zöhrə Əlimirzəyeva deyir ki, son vaxtlar bu xəstəliklərin sayı artıb.
"Bu səbəbdən biz tez-tez profilaktikalar həyata keçiririk. Xüsusən Talasemiya xəstələrinin sayı artıb. Əslində, bu xüsusi xəstəlik deyil, genetik xəstəlikdir. Sağlam insanda da bu xəstəlik ola bilər", - deyə institut direktoru vurğuladı.
Həkim onu da əlavə etdi ki, Talasemiya xəstəliyinin müalicəsi sümük iliyinin dəyişdirilməsidir ki, respublikamızda bir il ərzində 20 nəfərdə bu həyata keçirilib. Bu xəstəlik daşıyıcısı olan qadın hamilə olarsa, prenatal dövrdə (hamiləliyin ilkin mərhələsi) döldən xüsusi material alınır, onun bu xəstəliyə tutulub-tutulmaması valideynlərinə deyilir. Əgər tutulubsa, valideynlərinin qərarı ilə uşaq ya saxlanılır, ya da tələf olunur".
Bu gün bütün dünyada tez-tez tibbi profilaktikalar həyata keçirilir. Xarici ölkələrin çoxunda virus daşıyıcılı insanlar vaxtında aşkar olunaraq, müalicə olunur, xəstəliyin qarşısı alınır ki, artım olmasın. Elə bu səbəbdən dünya üzrə müxtəlif virus daşıyıcılı insanların sayında azalma müşahidə olunur.//anspress.com
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
20 yaş cavanlaşmağın qiyməti bilindi - Ebru sərvət ödədi
Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Bu saatlarda çölə ÇIXMAYIN