Dəhşətli yanğın baş verən evdən REPORTAJ: "Ata və qızının çığırtısı qulaqlarımdan getmir" – VİDEO

Dəhşətli yanğın baş verən evdən REPORTAJ: "Ata və qızının çığırtısı qulaqlarımdan getmir" – VİDEO"Bu yoldan sağ tərəfə dönün, yanıq iyi sizi hadisə baş verən əraziyə aparacaq".

Bu sözləri Bakı şəhərinin Yasamal rayonunda dəhşətli yanğının baş verdiyi ərazini tapmaq üçün istiqaməti soruşduğumuz süpürgəçi qadın dedi. Həqiqətən də, onun dediyi kimi yanğın iyi bizi olay yerinə apardı.

Xanim.az bildirir ki, BAKU.WS-in əməkdaşı hadisə yerinə çatanda Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının və "Azəriqaz"ın əməkdaşları ərazidə araşdırmalar aparırdılar.

Yanğın olan evə daxil olduqda dəhşətə gəlməmək mümkün deyildi. Divarlara hopmuş yanıq iyi mənzərəni daha da dəhşətli edirdi.

Qeyd edək ki, bu gecə saat 3 radələrində Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.

Dünyasını dəyişən ailənin qonşuları isə hələ də olayın şokundan ayılmamışdılar. Heç danışmağa belə halları yox idi. Sadəcə yanmış divarların sökülməsini izləyirdilər.

Onu öyrənə bildik ki, partlayış qaz sızıntısından yaranıb. Orada yaşayan sakinlər deyirlər ki, tez-tez evlərə verilən təbii qaz kəsilir və sonradan xəbər edilmədən verilir.

Yaxınlıqda yaşayan qonşulardan biri deyirdi ki, gecə yanğın yerinə gələndə qulaqlarına qışqırtı və inilti səsləri gəlirdi: "İçəridə yanan qızın iniltisi və atanın fəryadı hələ də qulaqlarımdan getmir. Deyirlər ki, evin sahibəsi qazdan boğulub. Lakin ata və qızı yanaraq dünyalarını dəyişiblər".

Qonşular sosial şəbəkələrdə hadisənin bilərəkdən törədilməsi iddiasını qəti təkzib edirlər:

"Ailə dindar idi. Heç kimlə işləri olmazdı. Mədəni və çox yaxşı insanlar idi".

Hadisə yerindən görüntüləri təqdim edirik:

Xəbərlər     Baxılıb: 1649   Tarix: 09 yanvar 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

həkim məsləhəti geyim və ayaqqabılar maskalar otaq dizaynları sarimsaqla qurdun mualicesi hicab haqqinda varikosel kosmetika novruz hakışdaları sekisler tapmaca ginekoloq muellim seiri