Dəm çayını zibil qabına atmayın - İNANILMAZ FAYDALARI

Dəm çayını zibil qabına atmayın - İNANILMAZ FAYDALARIÇay paketlərini istifadə etdikdən sonra təbii ki, atırıq. Ancaq lazımsız hesab bildiyimiz bu paket evdə bir çox işinizə yarıya bilər. Ona görə də nə stəkana saldığınız paket çayı, nə də çaydanda qalan dəmi atın. Aile.lent.az dəm çayının inanılmaz faydalarını sadalayır.

Günəş yanıqlarına yaxşı təsir edir

Çaynikdə qalan, istifadə edilmiş yaş çayı dəridəki yanan bölgəyə çəkin. Bu üsul ağrını yüngülləşdirməyə kömək edəcək.
Bitkilərinizi qidalandırın

Dibçəkdə yetişdirdiyiniz bitkilərin daha tez böyüməsi, inkişaf etməsi üçün sadə bir üsula əl atın: çay dəmini saxsının dibinə tökün.
Parket təmizliyində istifadə edin

Təzə dəmlənmiş çay taxta mebel və döşəmə təmizliyi üçün mükəmməl bir məhsuldur. Dəmləyib içdiyiniz çay paketlərini və ya dəmi qaba tökün. Sonra mebellərinizin tozunu bu qabdakı suya batırdığınız yumşaq bir əski ilə silin. Eyni formada parketi də bu suyla təmizləyin. Taxta səthlərin və parketin parladığının şahidi olacaqsınız.

Diş əti problemlərinə çarə ola bilər

Diş əti qanaması probleminiz varsa və dişinizi çəkdirdikdən sonra yaxşılaşma müddətində ağrı hiss edirsinizsə, soyuq su ilə islatdığınız çay paketini ağrıyan bölgəyə qoyun. Həm qanamanı, həm də ağrını dayandırar.

Kamin təmizliyində istifadə edin

Kamində külü təmizləməzdən əvvəl ətrafın çirklənməməsi üçün külün üzərinə yaş çay dəmi tökün. Beləcə, kül uçmayacaq və asanlıqla təmizlik işi aparacaqsınız.
Güzgüləri parladır

Çaydanda qalan dəmin içinə soyuq su tökün. Güzgüləri bu suya batırdığınız əski ilə silin. Güzgülərin necə parıldadığını görəcəksiniz.
Ət bişirən zaman istifadə edin

4 xörək qaşığı quru çayı ilıq suyla 5 dəqiqə dəmləyin. Dəmi süzdükdən sonra çayı ½ stəkan qara şəkərlə qarışdırın və şəkər həll olunana qədər kənarda saxlayın. Bu arada əti soğan, sarımsaq və ədviyyatlarla bişirəcəyiniz qaba yerləşdirin. Üzərinə hazırladığınız çay qarışımını tökdükdən sonra əvvəldən isitdiyiniz sobaya qoyun. Qırmızı ət çay sayəsində çox yumşaq olacaq.

Ayaq qoxusunu aradan qaldırır

Ayaqlarınızı yaxşıca dəmlənmiş çayla qarışdırdığınız ilıq suda 20 dəqiqə saxlayın və ayaq qoxusundan xilas olun.
Göz altı halqalara son qoyun

2 ədəd çay paketini ilıq suda isladın. Üstündən çox vaxt keçməyibsə, içdiyiniz çay paketlərindən də istifadə edə bilərsiniz. Çay paketlərini gözlərinizin üzərində 20 dəqiqə saxlayın. Çayın tərkibindəki tanen maddəsi gözlərinizdəki şişkinliyin aradan qaldırılmasını təmin edəcək.

Saçlarınız üçün təbii məhsul

Saçlarınızın təbii rənginə dönməsi üçün: 3 çay paketini bir stəkan suda dəmləyin. Hərəsindən bir xörək yemək qaşığı adaçayı və bibəriyə çayı da əlavə edin. Bu formada 1 gün saxlayın. Saçlarınızı şampunla yuduqdan sonra bu qarışımı saçınıza tökün və durulamadan bir dəsmalla bükün. Çayın ağ saçları köhnə təbii rənginə döndərməsi üçün bu üsulu bir neçə dəfə təkrarlayın.

Maraqlı     Baxılıb: 5302   Tarix: 10 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

turlar.az

donlar 2026 kosmetika mehsullari qadın geyimi baliq yagi usaq sampunlari quymaq resepti dekorasiya kosmetika hamilelik qaynana gozellik sanamalar intim munasibetler