Depressiya - ağır pozulma. Əlamətlər və çıxış yolları

Depressiya - ağır pozulma. Əlamətlər və çıxış yollarıDepressiya, gündəlik hadisələr nəticəsində yaşanan kədər və qəmdən fərqli olaraq, fərdin əhval ruhiyyəsinə uzun müddət təsir göstərən, ətraf tərəfindən hiss edilən psixi problemdir.
Depressiyanın əsas xüsusiyyətləri: pessimizm, halsızlıq, çarəsizlik və həyatdan zövq almamaq. Depressiv şəxslərdə dəyərsizlik hissi, heç bir işdə bacarığının fərqinə varmama, gələcəklə bağlı ümidsizlik, özgüvən əksikliyi kimi əlamətlər üstünlük təşkil edir. Məsələn: fərd öz işində uğursuz olacağına, ailəsini məmnun etməyəcəyini düşünür, sağlamlığıyla bağlı təşviş keçirir, mütəmadi olaraq hər problemdə özünü günahlandırır, gündəlik hadisələrə qarşı laqeyd yanaşır, həyatdan zövq almır. Bütün bunlar depressiya zamanı tez-tez rastlanan simptomlar siyahısındadır. Depressiyada olan insanda ümidsizliklə yanaşı həyatın yaşamaq üçün yararlı olmadığı düşüncəsi intensiv şəkildə təkrarlanır. Belələri adətən bu tip simptomları müəyyən fiziki xəstəliklə əlaqələndirir və nəticədə psixoloji dəstək almaq müddətini uzadırlar. Zaman keçdikcə fərdin ümidsizliyi daha da dərinləşir, nəticədə bəzən o tək çıxış yolunun intihar olduğunu düşünür. Terapiyaya tabe olmayan və olmaq istəməyən pasiyentlərin 15%-də intihar göstəriciləri yüksəkdir.
Ağır dərəcəli depressiyada insanın hərəkətlərində, yerişində və nitqində müəyyən gecikmələr diqqəti cəlb edir. Depressiyanın fiziki simptomları arasında yuxusuzluq, iştahsızlıq və çəki itkisi, qəbzlik, cinsi istəyin azalması, mensturasiya tsiklinin pozulması qeyd olunur. Unutqanlıq və konsentrasiya olmama da xüsusilə fərqlənən simptomlar şəklində tez-tez müşahidə olunur.
Depressiyanın növləri
Atipik depressiya: bu tip insanlarda müsbət situasiyalarda ümumi vəziyyətlərində keçici proqres müşahidə olunur. Onlarda iştahın və yuxu tsiklinin artması, bilavasitə halsızlıq qeyd olunur.
Təşvişli depressiya: hədsiz dərəcədə narahat, hərəkətli və təşvişli vəziyyətlərdə olurlar. Nəticədə psixoloq tərəfindən pasiyent ilə münasibətin qurulmasında çətinliklər müşahidə olunur. Onlarda yuxusuzluq, iştahsızlıq, çəki itkisi, hərəkət və davranışın ləngiməsi olur.
Psixotik depressiya: ağır depressiv vəziyyətdə pasiyent funksionallığını tamamilə itirir. Qidalanma və özbaxımda hədsiz dərəcədə pozuntular olur. Yanaşı olaraq sayıqlama (yanlış və dəyişdirilməyən inanclar) və hallüsinasiyalar (qavrama pozuntusu) müşahidə olunur. Pasiyent əhəmiyyətli və çarəsi olmayan xəstəliyə tutulduğunu, mal-mülkünü itirdiyini, dəhşətli cinayət törətdiyini və günahkar olduğunu iddia edir, eyni zamanda buna inanır.
Postnatal depressiya: zahılıq dövründə mütəmadi təsir göstərən psixoloji səbəb olmadan başlayan ciddi depressiv vəziyyətdir. İnsan yaşadığı çarəsizlik duyğusuna görə uşağa baxa bilmir, daha ağır hallarda isə həm özünə, həm də uşağa xətər yetirə bilər.
Mövsümi depressiya: əsasən yeniyetmələrdə müşahidə olunan vəziyyətdir, təkrarlanan depressiv mərhələlər əsasən eyni fəsildə, xüsusilə də qış aylarında ortaya çıxır.
Depressiya diaqnozu necə qoyulur?
Depressiya diaqnozu mütləq şəkildə mütəxəssis tərəfindən qoyulmalıdır. Depressiyanın hepatit, böyrək çatışmazlığı, avitaminoz, parkinson xəstəliyi kimi müxtəlif fiziki xəstəliklərlə əlaqəli inkişaf edən formalarından başqa, psixiatrik xəstəliklərdən (altsheymer, təşvişli-nevrotik pozuntu) fərqləndirilməsi əhəmiyyəli məqamdır. Depressiv şəxslərdə ikincili simptomatika kimi fizioloji xəstəliklərə rast gəlinə bilər. Buna görə də psixiatr iki simptomatikanı fərqləndirmək məqsədiylə lazım olduğu təqdirdə qan analizi, MRT tələb edə bilər.
Depressiya və intihar
İntihar xüsusi əhəmiyyət daşıyan sağlamlıq problemidir. İnkişaf etmiş ölkələrdə intihar statistik cədvəllərə əsasən 5-ci ən çox rastlanılan ölüm səbəbi kimi göstərilir. İntihar davranışı təbiidir, insanın ətrafında baş verənlərə qarşı verdiyi real reaksiyadır. İntihar nəticəsində həyatını itirən insanların 70%-i hadisə öncəsində depressiv vəziyyətdə olanlardır. Depressiya xəstələrinin 15%-nin intihar səbəbiylə dünyasını dəyişdiyi fikri müxtəlif tədqiqatlarla öz təsdiqini tapmışdır. Depressiyanın effektiv şəkildə terapiyası bu ehtimalı müəyyən şəkildə azaldır. İntihar fikirli depressiv xəstələrin psixoloq tərəfindən müşahidə altında saxlanılması, onu bu ehtimaldan uzaqlaşdırır. Hansı səbəbdən qaynaqlanmasından asılı olmayaraq intihar cəhdi və düşüncələri mütləq şəkildə nəzərə alınmalı və psixoloqa müraciət edilməlidir. Bəzi hallarda pasiyent stasionar müalicəyə cəlb olunmalıdır.
Depressiya daha çox kimdə müşahidə olunar?
Depressiya iradə zəifliyinin nəticəsi deyil. Aparılan tədqiqatlar cəmiyyətin 25%-nin həyat müddətində ən az bir dəfə depressiya diaqnozu qoyulacaq bir keçid dönəmi keçirdiyini göstərir. Bu miqyas qadınlarda kişilərə nisbətən 2 dəfə daha artıqdır. Real sübutları nəzərə almaqla depressiyanın beyin xəstəliyi olduğunu dəqiq şəkildə qeyd edə bilərik. MRT kimi beyin strukturunu göstərən bir çox üsul vasitəsilə depressiyada beynin insanın duyğularını, qərar vermə və düşünmə bacarıqlarının fəaliyyətini təmin edən mərkəzlərin funksionallığında pozuntulara rast gəlinmişdir. Depressiyadakı şəxslər xüsusilə ilk depressiv atakdan əvvəl intensiv şəkildə mənfi hadisə yaşayıblarsa, bu zaman ortaya çıxan depressiv epizod həmin hadisənin mənfi nəticəsi kimi düşünülməməlidir.
Eyni zamanda bir çox depressiya xəstəsinin anamnezində hər hansı təhlükəli və qorxu yaradan situasiyanın yanaşıldığı düşüncəsi absurd fikirdir. Depressiyada əhəmiyyətli faktorlardan biri isə genetik meyilliliyin olmasıdır. Yəni ailədə kimsə depressiya keçiribsə, genetik bağlılığı olan şəxsin depressiyaya meyilli olması yüksək faiz nisbəti ilə qeyd olunur. Bu da müxtəlif halların, ətraf və somatik faktorların (iş, status, pul itkisi, yaxın adamlardan birinin itkisi, ailə problemləri, həyatındakı uğursuzluqlar), həyati əhəmiyyət daşıyan xəstəliklər (onkoloji xəstəliklər), beyin xəstəlikləri (beyin qanaxması, parkinson xəstəliyi), alkoqol və maddə istifadəsi (müxtəlif dərmanlar və narkotik maddələr) depressiyaya gətirib çıxardığını sübut edir.
Depressiyanın terapiya üsulları
Depressiya, ilkin olaraq serotonin olmaqla beyindəki müxtəlif neyrotransmitterlərin funksionallığına təsir göstəririr. Terapiya bu maddələrin beyindəki funksiyalarının tənzimlənməsinə yönəlir. Depressiya korreksiya olunmadığı təqdirdə təxminən 6-18 ay davam edir. Son tədqiqatlar bu müddətin pasiyentlərin 30%-də 2 ildən artıq olduğu qənaətini təsdiqləyir. Lakin depressiya doğru terapiya olunduqda bu müddət 2-3 ay müddətlə məhdudlaşır. Depressiv dönəmdə pasiyentin ailə, iş və sosial həyatında ciddi bacarıq itkisi yaşayacağı düşünüldükdə erkən diaqnoz və terapiyanın əhəmiyyəti bir daha sübuta yetilir. Depressiya terapiyasında əsas məqsəd, pasiyentin xəstəlik öncəsi sağlam həyatına tamamilə qayıtmasını təmin etməkdir. Mövcud terapiyalar ilə pasiyentlərin 80%-də nəzərə çarpan korreksiyalar həyata keçirilir.
Psixoterapiya
Psixoterapiyanın depressiyada olan insanın müalicəsində yüksək effektivliyə malik olduğuna dair tədqiqatlar aparılmışdır. Effektivliyi elmi olaraq təsdiqlənmiş yanaşmalar koqnitiv-bihevioral terapiya və interpersonal terapiyadır. Müalicə müddəti 6-12 seansı əhatə edir.
Pasiyentin ailə üzvlərinə və yaxınlarına tövsiyələr
- Depressiya xəstəlikdir, bu səbəbdən də yaxınınızı davranış və düşüncələrinə görə günahlandırmayın.
- Mütəxəssisə pasiyent haqqında lazımi məlumat verməyə xüsusi fikir verin.
- Onları terapiyaya yönəltməyə cəhd edin.
- Xəstəliklə bağlı mühakimələr yürütməyin.
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov
Xəzər Universitetinin Psixologiya fakültəsinin tələbəsi Nərmin Quliyeva
Pcc.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1121   Tarix: 27 may 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

gözəllik məhsulları qaşların formalari kosmetoloq qadın doğuşu hicab geyimleri usaq otagi dizaynlari 2026 payiz qis debi kosmetika turpun nağlı rəksanə orqazm sanamalar arxadan olmaq