Dəridə çillər

Dəridə çillərÇil - dəridə qəhvəyi rəngdə olan piqment ləkələridir. Adətən saçlarının rəngi açıq olan adamlarn üzündə əmələ gəlir və ailəvi xarakter daşıyır. Çillər gün şüalarına qarşı həssas olurlar, belə ki, yaz-yay aylarında daha da artıb çoxalırlar. Yay günlərində piqmentləşmə daha sürətli getdiyinə görə çillərin rəngi mövsümə uyğun olaraq tündləşir. Buna görə də yay gəlməmişdən əvvəl ehtiyyat tədbirləri görmək lazımdır. Həkimlər yay aylarında çillərinin sayı artan adamlara vitamin C qəbul etməyi məsləhət görürlər. Çünki vitamin C tirozin mübadiləsində iştirak edir. Tirozin isə epidermisin melanogenezində birbaşa iştirak edir. Həkimlər yay aylarında bədənininin bütün hissəsi çillənən adamlara dərisini örtən paltar geyməyi və günorta saatlarında evdən bayıra çıxmamağı tövsiyə edir.
Dəridə çoxlu sayda çillərin olması dəri xəstəliyinin əlaməti sayılmır. Bu sadəcə olaraq piqmentasiyadır.
Çillərdən xoşlanmayan adamların dərisindən bu piqment ləkələrini təmizləməyə az da olsa nail olmaq olur.  Bunun bir-neçə üsulu var:
1. Dərinin piqment ləkələri olan qatının soyulması. Bu zaman piqment ləkələri tamamilə yox olmur, amma azalır.
2. Piqment ləkələrinin müxtəlif üsullarla ağardılması.
Piqment ləkələrini aparan vasitələrə 5%-li hidroxinon mazı, hidrogen perekis məhlulu, 10%-li sirkə məhlulu, 1%-li hidrogen xlorid məhlulu, limon şirəsi, xiyar şirəsi aiddir. Dərinin ağardılması üçün 10-20%-li rezorsin məhlulundan da istifadə edilir. Nəzərinizə çatdırmaq istəyirəm ki, yuxarıda adı çəkilən vasitələrdən kosmetoloji kabinetlərdə istifadə edəsiniz. Çünki özbaşına aparılan müalicə sizin dərinizi korlaya bilər.
Dərisində piqment ləkələri olan adamlar ağardıcı vasitələrdən istifadə etməklə ləkələrin rənginin tonunu azalda bilirlər. Dəri ağardıcı kremlərdən axşamlar istifadə edilsə, daha məqsədə uyğun olar.
Bəzi mütəxəssislər üz dərisində olan piqment ləkələrinin endokrin sistemin, qaraciyər xəstəliklərinin olması ilə əlaqələndirirlər. Lakin bu fikir tibbdə öz təsdiqini tapmayıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1126   Tarix: 03 aprel 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

reseptler qaşların formalari kosmetik vasiteler azadqadin şəbəkə sənəti alimlər salatlarin hazirlanmasi kosmetika big.az terezi novruz hakisdalari babasil rus dilini öyrənək 2 ci dərs