Dərini qocaldan qidaların SİYAHISI

Dərini qocaldan qidaların SİYAHISIKosmetoloq Niqba Talib əmindir ki, dərinin vəziyyəti onun nə ilə və ya necə qidalandığı haqqında müəyyən məlumatlar verir. Çünki istehlak etdiyimiz istənilən qida zahiri görünüşümüzdə öz əksini tapır.
Kosmetoloqun sözlərinə görə, uzaq durmalı olduğumuz 4 təhlükəli qida mövcuddur. Nəzərə alaq ki, mütəxəssis 43 yaşında son dərəcə gözəl görünür, odur ki, onun sözlərinə riayət etməklə ziyana düşmərik.

Hər gün eyni yeməkləri yeməyə öyrəşmişik, lakin onların orqanizmə ziyanları barədə düşünmürük. Üzünüzə diqqətlə baxsanız, zəhərlənmə əlamətlərini görə bilərsiniz.
Dəri üçün ən zərərli qidaların siyahısı:
Şərab və digər spirtli içki növləri
Dərinin vəziyyəti:
Qaşların arasında dərin qırışlar, qırmızı yanaqlar, qeyri-sağlam rəng, quru dəri, iri dəri məsamələri, üzdə qeyri-bərabər qızartı, yorğun üz ifadəsi.
Bəli, bir qədəh şərab bu cür acınacaqlı vəziyyətə səbəb olmaq iqtidarındadır! Əgər alkoqol qəbulundan sonra dərinizin pisləşdiyini müşahidə edirsinizsə, çox güman ki, problem qaraciyərlə bağlıdır. İstənilən spirtli içkiləri məhdudlaşdırın, daha çox su için. Alkoqoldan imtina etdikdən 3 həftə sonra balans bərpa olunacaq, dəri isə xeyli yaxşı görünəcək.
Şəkər
Dərinin vəziyyəti:
Dərin xətlər düşmüş alın, göz ətrafı dərinin tutqunlaşması, üzdə və sinədə səpki, qaşların tökülməsi.
Ağ çörək, pirojnalar, qeyri-təbii meyvə şirələri, şokolad, rəngarəng konfet və şirniyyatlar dərinin ən qatı düşmənləridir. Bunun qarşısını almaq istəyirsinizsə, zərərli şirniyyatları faydalıları ilə, məsələn, bal, təzə meyvə, quru meyvələrlə əvəz edin.
Süd
Dərinin vəziyyəti:
Göz torbaları, göz ətrafında qara dairələr, çənədə qırışlar, sallanmış yanaqlar.
Mağazadan alınan süd məhsulları hormonal disbalans yaradır, bəzi insanlarda bu daha çox təzahür edir. Süd, pendir, yoqurt, xama və qatıq orqanizmə heç bir fayda vermir, əksinə, zərər verir.
Üç həftə mağazadan alınan ağartı məhsullarından imtina edin. Nəticədə, dəri inanılmaz dərəcədə yaxşılaşacaq, orqanizm müxtəlif kimyəvi maddələrdən təmizlənəcək.
Qlüten
Dərinin vəziyyəti:
Şişmiş yanaqlar, qızarmış sifət, çənədə çəhrayı sızanaqlar.
Aldığınız bütün məhsulların qlütensiz olmasına diqqət edin. Bu o deməkdir ki, buğda ununu qarabaşaq unu ilə əvəz edin.
Bu qaydaya əməl etsəniz, dəri təmiz və sağlam olacaq.
Zövq ötəridir, ona görə də, təravətli və gözəl dəri naminə bunlardan imtina etməyə dəyər. Yaxşı ki, sağlamlığımız və gözəlliyimiz bizim özümüzdən asılıdır!Publika.az

Xəbərlər     Baxılıb: 1792   Tarix: 11 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

geyim şəkilləri yay geyimləri 2026 reseptler insani ariqladan qidalar zorlama səhnə mastopatiya haqqinda cizgi filmləri kosmetika qiz evi haxista veten haqqinda atalar sozleri vətən həsrətinə aid bayatılar kəlamlar haxista