Meyvələri necə dondurmaq lazımdır?

Meyvələri necə dondurmaq lazımdır?Meyvənin dondurulması heç də onun vitaminlərinin ölməsi demək deyil. Yalnız C vitamini cüzi miqdarda azalır. Əgər meyvələri doğru mövsümdə dondursanız, qışda supermarketlərdən dərmanlı meyvənləri almalı olmayacaqsınız.

Dondurulmuş meyvələrlə siz qışda yaranan avitaminozun qarşısını ala bilərsiniz. Demək olar ki, bütün giləmeyvələri dondura bilərsiniz. Ərik, alça, üzüm, albalı, mərsin, gilas və digər ürəyiniz istəyən giləmeyvəni seçə bilərsiniz. İri meyvələrdən isə, armud, alma, qarpız və yemişi dondurmaq olar. Seçim əlbəttə ki, genişdir. Ancaq elə meyvələri seçmək lazımdır ki, onlardan sizə lazım olan vitamini əldə edə biləsiniz.

Əsas tələblər

Dondurmaq istədiyiniz meyvələr tam yetişmiş olmalıdır. Lakin istisna hal da var. Əgər dondurduqdan sonra meyvələri kompot və ya mürəbbə bişirməyə istifadə edəcəksinizsə, tam yetişməmiş meyvələrdən də istifadə etmək olar.

Dondurmazdan 2 saat əvvəl yığılmış giləmeyvələr bu proses üçün ideal sayıla bilər. Bu halda meyvələr həm təravətli, həm də daha vitaminli olur. Diqqətli olun, xərəb və çürük meyvələr gözünüzdən qaçmasın.

Əvvəlcə meyvələri nədə və necə qablaşdıracağınıza qərar verin-kiçik və ya böyük porsiyalarla, paket və ya xüsusi qablarda. Buzxananızın ölçüsünü nəzərə alın. Qışda sizə hansı meyvələr və nə üçün lazım olacaq və s. bu kimi sualları əvvəlcədən düşünün.

Əslində giləmeyvələri şəkər tozu ilə dondurmaq daha yaxşı olar. Əks halda onlar deformasiya olur və formasını itirir. 1kq giləmeyvəyə 0,3 kq şəkər tozu əlavə olunmalıdır. Meyvələri artıq istifadə olunmuş paketlərə yığmaq olmaz. Bir qablaşdırmaya 600-700 qramdan artıq giləmeyvə yığmağınız məsləhət deyil. Diqqət edin ki, qabın içində hava qalmasın

Dondurma qaydası

Giləmeyvələri yaxşıca yuyun və təmizləyin. Kağızın üstündə qurudun və iri tasa yığıb şəkər tozunu səpin. Sonra isə artıq onları paketlərə və ya plastik qablara yığıb 2-3 saatlıq soyuducuya qoyun. Meyvələrin suyunun çıxmağını gözləyin. Sonra onları çıxardın, giləmeyvələri öz şirəsi ilə birlikdə plastik qablara yığın və buzxanaya üstü açıq şəkildə qoyun. 1 gündən sonra yenidən çıxardıb, sıx şəkildə qablaşdırın və artıq qışa qədər buzxanaya yerləşdirin.

Mətbəx     Baxılıb: 1975   Tarix: 28 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

turlar.az

yaz geyimleri 2026 yemek reseptleri gözəllik məhsulları sizanaga qarsi maskalar yemisan faydasi ayaqqabı kətələr kosmetika bürclər xanim.az bayatılarımızda vətən həsrəti hakisdalar gulmeli hakista