Dəriniz mirvari tozu ilə qüsursuz olacaq - MASKALAR
Mirvari tozu ilə hazırlayacağınız dəri maskaları sayəsində dəriniz sıxlaşacaq və yenilənəcək. Aile.lent.az bu dəfə mirvari tozunun dəriyə faydalarından bəhs edəcək.
Mirvari tozu tərkibindəki minerallar sayəsində dərini yeniləyir, canlandırır, parıldadır, dəridəki ləkələri yox edir, qırışları azaldır.
Mirvari tozundan maska necə hazırlanır?
Paket halında apteklərdən əldə edə biləcəyiniz mirvari tozu ilə ehtiyacınıza görə birdən çox dəri maskası hazırlaya bilərsiniz.
Südlü mirvari tozu maskası
1 çay qaşığı mirvari tozunu 1 çay qaşığı südlə yaxşı qarışdırın. Bunu üzünüzə və boynunuza sürtün. Yaxşı quruduqdan sonra yuyun. Həftədə iki dəfə müntəzəm olaraq bu maskanı etsəniz, ləkələrin azaldığını hiss edəcəksiniz.
Yumurtalı mirvari tozu maskası
1 yumurta ağını 2 çay qaşığı mirvari tozu ilə qarışdırın. Taxta qaşıqdan istifadə edin. Ağ köpük halına gələndə üzünüzə və boyun bölgənizə sürtün. Dərinizin maskanı yaxşı əmməsini gözləyin. 15 dəqiqə sonra üzünüzü yuyun. Yumurta ağı ilə birləşən mirvari tozu dərinizi gərəcək, daha enerjili görünməsinə kömək edəcək. Həftədə iki dəfə edin.
Zeytun yağlı mirvari tozu maskası
1 çay qaşığı zeytun yağını eyni miqdarda mirvari tozu ilə qarışdırın. Bu maskanı da üz və boyun bölgənizə sürtün. Quruduqdan sonra yuyun. Həftədə 2 dəfə tətbiq edəcəyiniz bu maska ilə dəriniz yığılacaq, canlanacaq.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?