Detoks: sudan istiotadək

Detoks: sudan istiotadəkOrqanizmin illərlə yığılmış zərərli maddələrdən təmizlənməsi detoks adlanır.

AZƏRTAC bildirir ki, bədənin təmizlənməsinin artıq çəkidən xilas olmaqda və özünü sağlam hiss etməkdə çox böyük əhəmiyyəti var.

Su detoks üçün ən yaxşı vasitə sayılır. Xüsusilə yay aylarında orqanizmin suya olan tələbatı daha da artır. Gün ərzində bədənin hər kiloqramına görə 30 qram su qəbul edilməsi vacibdir. Bədənin artıq piy qatı və toksinlərdən təmizlənməsi üçün su ilə yanaşı digər detoks proqramlarından da istifadə etmək olar.

Detoks bağırsaqların təmizlənməsi üçün çox yaxşı vasitədir və onun aparılması orqanizmin müqavimətini artırır, immun sistemini möhkəmləndirir. Bağırsaqların təmizlənməsi üçün xüsusi günlər seçərək həmin günlərdə yüksək kalorili, çox yağlı, duzlu və şirin qidalardan uzaq olmaq lazımdır. Hamilə qadınların və uşaqların detoks proqramından istifadə etməsi yalnız həkim məsləhəti ilə aparıla bilər. Uşaqlar üçün ən yaxşı detoks proqramı təmiz havada gəzmək və çoxlu su qəbul etməkdir.

Lakin detoks zamanı düzgün seçilməyən proqram mədə-bağırsaq və qaraciyərə mənfi təsir göstərir. Detoks üçün istifadə olunan ədviyyatlar istiot, pul bibər və sumaq ən yaxşı antioksidantlar sayılır.

Alma, limon, darçın, mixək və qara istiot qazanda adi soyuq suda 5-10 dəqiqə saxlanıldıqdan sonra süzülür. Alınan məhlulun gün ərzində içilməsi orqanizmin təmizlənməsi üçün ən faydalı üsullardan hesab edilir.

Gözəllik və Moda     Baxılıb: 4271   Tarix: 03 iyun 2018
f Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

turlar.az

toy makiyaji sekilleri makiyaj etmek qaydalari qadın geyimi cinsi yaxinliq qlazok dunyanin en seksual qadinlari hakisda kosmetika tərəzi bürcü novruz hakista vətən haqqında bayatılar azerbaycan kurtlar vadisi