Dəvəquşu ətinin faydaları

Dəvəquşu ətinin faydalarıDəvəquşu ən böyük quşdur. Onun qanadları olmasına baxmayaraq uça bilmir. Dəvəquşu qanadlarının forması onun uçmasına mane olur. Dəvəquşunun uzun və nazik ayaqları onun sürətlə qaçmasına şərait yaradır. Bu quşlar saatda 70 kilometr sürətlə dayanmadan qaça bilir. Dəvəquşular əsasən düzənlik ərazilərdə yaşayır. Onlara ən çox Cənub-Şərqi Afrikada, İraqda, İranda və Ərəbistanda rast gəlmək olur. Bu ölkələrin düzənlik sahələrində dəvəquşuları özləri yumurta qoyub bala böyüdürlər. XVII - XIX əsrlərdən sonra yer kürəsi əhalisinin ətə olan tələbatı bu quşun bir çox öklələrdə süni surətdə yetişdirilməsinə səbəb oldu. Belə ki, həmin dövrlərdən başlayaraq bəzi ölkələrdə dəvəquşunun artırılması üçün fermalar yaradıldı və onların artırılması üzrə işlər aparılmağa başlandı. İndi Azərbaycanda da dəvəquşunun yetişdirilməsi ilə məşğul olan fermalar fəaliyyət göstərir. Dəvəquşu çox məhsuldar heyvandır. O 12-14 ay ərzində tam inkişaf həddinə çatır və soyuğa davamlıdır.
Dünya bazarlarında və qida sənayesində mal ətindən nə qədər çox istifadə edilirsə, Avropa və Asiya ölkələrində də dəvəquşu əti çox məşhurdur. Onun qiyməti dünya bazarlarında çox bahadır. Onun döş ətinin qiyməti daha çox bahadır və dünyanın ən bahalı restoranlarında servis edilir. Dəvəquşu ətinin dadı mal ətinin dadına bənzəyir. Onun rəngi tünd qırmızı olur. Dəvəquşu ətinin rəngi onun yaşından da asılı olaraq dəyişə bilir. Belə ki, cavan dəvəquşu ətinin rəngi qırmızı olur. O yaşlandıqca isə ətinin rəngi tündləşir. Dəvəquşu əti ən yaxşı dada malik olan ətlərdəndir. Onu sitrus meyvələrindən hazırlanmış souslarda bişirdikdə daha da dadlı olur. Onun ən dadlı hissəsi budlarıdır. Bud hissənin tərkibində olanlar orqanizm üçün çox faydalıdır. Onu adətən zəif və azyaşlı uşaqları yedizdirmək üçün istifadə edirlər. Dəvəquşunun bud əti ən yaxşı delikateslərdən hesab edilir. Dəvəquşu ətindən sousların, qarnirlərin, delikateslərin, qızartmaların hazırlanmasında istifadə edilir. Onu meyvə-tərəvəz, dəniz məhsulları, kartof və düyü ilə də bişirirlər. Dəvəquşunu bişirən zaman odun istisini güclü eləmək lazım deyil. Bu zaman ət gec bişir və bərk olur. Bişirilmə prosesi zamanı odun istisini 60*- dən artıq etmək məsləhət deyil. Dəvəquşu ətindən ən çox Namibiya, Keniya, İtaliya, Yaponiya, Çin və Rusiyada istifadə edilir. Dəvəquşu əti az kalorili ətlərdəndir. Onun tərkibi hind quşunun tərkibinə çox oxşayır. 100 qram dəvəquşu ətinin qida dəyəri:
- Zülallar - 21,7 qr
- Yağlar - 1,2 qr
- Kalori - 98 kKal.
Dəvəquşu əti B qrup vitaminlər, PP, E vitaminləri, orqanizm üçün lazım olan kalsium, kalium, maqnium, selen, sink, marqanes, nikel, kolbat, natrium, fosfor və s. elementlərlə zəngindir. Yağsız dəvəquşu ətinin tərkibindəkilər orqanizmin fiziki gücünü artırır və onun ağır xəstəliklərdən sağalmasına yardım edir. Onun tərkibi proteinlərlə zəngindir və onda xolesterin yoxdur. Tərkibində olan nikotin turşusu dəvəquşu ətinin dietik və müalicəvi təsirlərini artırır.
Tərkibindəkilər dəvəquşu ətinin faydalı olduğunu təsdiq edir. Onun tərkibində olan zülallar orqanizmin həyat fəaliyyəti üçün vacib olan zülallardır. Dəvəquşu ətinin tərkibində olan kalumun miqdarı ürək-damar xəstələri üçün çox faydalıdır. Kaliumun miqdarı arterial təzyiqin normallaşmasına və ürək əzələsinin möhkəmlənməsinə səbəb olur. Davamlı olaraq dəvəquşu əti ilə qidalanmaq ürəyin fəaliyyətini yaxşılaşdırır. Davamlı olaraq dəvəquşu əti ilə qidalanmaq, ürəyin işini yaxşılaşdırmaqla yanaşı, anemiya, şəkərli diabet və arterial təzyiqlə əlaqədar olan problemlərin aradan qalxmasına səbəb olur. Ağır xəstəliklərdən xilas olmaq və orqanizmin müdafiə gücünü artırmaq üçün dəvəquşu əti ilə qidalanmaq lazımdır. Dəvəquşu əti həzmi sürətləndirir, orqanizmin vitamin və minerallara olan tələbatını ödəyir. Dəvəquşu dərisinin alt hissəsində olan yağı dəriyə sürtdükdə ekzema və epitelizasiya zamanı meydana çıxan zədələnmələr qısa bir zamanda sağalır. O dəri qıcıqlanmalarını, qaşınmaları aradan qaldırır.
Dəvəquşu dərisini ağrıyan oynağa qoyub bağladıqda ağrı hissi aradan qalxır.
Dəvəquşu əti yemək dəri, babasil yaralarının, artrit, tronboflebit xəstəliyinin sağalmasını sürətləndirir. Dəvəquşu əti ilə qidalanmaq saçların uzanmasını sürətləndirir, baş dərisi ilə olan problemlərin aradan qalxmasına səbəb olur.
Oynaq xəstəlikləri, uzun müddət sürən xəstəliklər və iltihabi proseslər zamanı dəvəquşu əti yeməyin faydası çox böyükdür.
Kosmetologiyyada dəvəquşu əti
Dəvəquşu yağından bahalı kremlərin hazırlanması zamanı istifadə edilir. Bu yağ qocalmanın qarşısını alır və dərini qidalandırır.
Dəvəquşu yağından hazırlanmış maskanı üz və boyun nahiyəyə sürtdükdə dəriyə liftinq təsiri bağışlayır. Bu yağ dəridəki çapıqların yerini sağaldır və ləkələri yox edir.
Dəvəquşu yağının tərkibində süzülməmiş yağ turşuları var. Onun bioloji tərkibi kosmetologiyada tətbiqinin geniş olmasına səbəb olur.
Dəvəquşu yağı quru dərilər üçün əla müalicə vasitəsidir. Bu yağın iyi olmur və dəriyə heç bir allergik təsir eləmir.
Dəvəquşu ətinin zərərli xüsusiyyətləri
Dəvəquşu ətinin orqanizm üçün hec bir zərəri yoxdur, amma ondan ilk dəfə istifadə edən zaman diqqətli olmaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1600   Tarix: 28 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

Qadın həyatını məhv edən hormonal pozğunluq

Müasir dövrdə ən çox yayılan xəstəliklərdən biri də hormonal pozğunluqdur. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox problemlərin də əsasını qoyur. xəbər verir ki, hormonla

.

Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı

Mədə xərçəngi dünyada geniş yayılmış, lakin çox vaxt gec mərhələdə aşkarlanan xəstəliklərdən biridir. 300-dən çox xəstənin məlumatları əsasında aparılan yeni təhlil bu xəstəliyə yoluxan insanların həyat tərzində ortaq xüsusiyyətlər

.

Ürəyin işini yaxşılaşdıran 6 QİDA

Ürək sağlamlığını yaxşılaşdırmaq və ürək xəstəliyi riskini azaltmaq düşündüyünüz qədər çətin deyil. Pəhrizinizdə kiçik dəyişikliklər və müəyyən faydalı qidaların istehlakı ürəyinizin qorunmasına kömək edə bilər. xəbər veri

.

Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT

Ürək damarlarının daralması və ya tıxanması (ateroskleroz) müasir dövrdə ən geniş yayılmış problemlərdən biridir. Bu vəziyyət qanda xolesterinin yüksəlməsi və damar divarlarında yığılması nəticəsində yaranır. xəbər veri

.

Göz sağlamlığı üçün vitaminlər həqiqətən faydalıdırmı?

Adətən düşünürük ki, gözlər üçün vitaminlər ekran yorğunluğuna qarşı tez bir həll və ciddi problemlərin profilaktikasıdır. Amma onların həqiqətən görməyə təsir edib-etmədiyini araşdıraq. bu vitaminlərlə bağlı məlumatlar

.

Dirilik suyu – Şalğam: Min dərdə dəva olan sehirli içkinin əvəzsiz faydaları

Şalqam suyu adlanan alkoqolsuz ferment içki qardaş ölkə Türkiyəyə aiddir. xəbər verir ki, Türkiyənin cənub bölgələrində kəşf olunan şalgam suyu maraqlı ləzzəti və özünəxas dadıyla hərkəsin diqqətini cəlb edir. Şalğam suy

.

Hər gün darçınlı su içsəniz

Hər gün nizamlı su istehlak etmək ümumi sağlamlığımızı qorumaqla yanaşı, orqanlarımızın və dərimizin sağlamlığı üçün də böyük əhəmiyyət kəsb edir.  xəbər verir ki, suyu sadə formada içməkdənsə, ona bəzi ədviyyatlar qatın

.

D vitamininin ziyanı üzə çıxdı

"D vitamininin lazımi testlər və həkimlə məsləhətləşmədən qəbul edilməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər". -a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Terapiya v

turlar.az

toy makiyajlari geyim dəbləri geyim seçimi saç maskaları qadın haqqinda sirin gilas qadin saytlari kosmetika novruz hakışdaları vətən həsrətinə aid bayatılar dolça efsane atalar sözü