Diabetə qalib gəlməyin çox asan yolu

Diabetə qalib gəlməyin çox asan yoluOn iki həftə boyunca minimal karbohidrat pəhrizinə riayət edən insanlar ikinci tip diabetə qalib gəlmək şansını təxminən 30% artırırlar.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Diabetes.co.uk portalı Texasın A&M Universitetinin (ABŞ) əməkdaşlarının araşdırmalarına istinadən yazır.
Tədqiqatda 1357 nəfər iştirak edib. Yaşları 47 ilə 67 arasında dəyişən bu şəxslərin əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkib. Onlar on iki həftə ərzində minimal karbohidrat pəhrizinə riayət ediblər. Bundan 6 ay və bir il sonra isə mütəxəssislər tədqiqatda iştirak edənlərin səhhətlərini təkrar yoxlamadan keçiriblər.
Qeyd olunur ki, pasiyentlər nişastalı karbohidratlardan (daha çox kartof və makaronda olur) imtina ediblər. Alimlər belə nəticəyə gəliblər ki, 6 aydan sonra bu qrup insanların xəstəliyin əlamətlərini azaltmaq şansları digər pəhrizlərə riayət edənlərlə müqayisədə daha çoxdur.
Elmi tədqiqatın müəllifləri qeyd ediblər ki, gələcəkdə onlar kalorilərə nəzarətlə bağlı da bir sıra tədqiqatlar aparmaq niyyətindədirlər. Bununla onlar minimal karbohidratlı pəhrizin arıqlamağa və diabetin remissiyasına davamlı müsbət təsir göstərdiyinə əmin olmaq istəyirlər.
* Minimal karbohidratlı pəhriz - sutkada 100-150 qramdan artıq olmayan karbohidratın qəbul olunmasını nəzərdə tutan qida rejimidir. Bundan başqa, burada istifadə olunan karbohidratın əksər hissəsi böyük miqdarda lifə malik tərəvəz və tam buğdaların payına düşməlidir.
Bu pəhriz həm diabet xəstələrinə, həm də arıqlamağa çalışan idmançılara məsləhət görülür. O, qanda şəkərin miqdarını tənzimləmək üçün əla üsul sayılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1432   Tarix: 13 fevral 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Göbələk yeməyini ikinci dəfə isidib yemək olmaz.  xəbər verir ki, göbələk isidildikdə zülal quruluşu pozulur: İlk bişirmədə sabitləşən zülal bağları ikinci dəfə qızdırıldıqda parçalanır. Bu dəyişiklik həzm sistemində "ya

.

Göz sağlamlığı üçün vitaminlər həqiqətən faydalıdırmı?

Adətən düşünürük ki, gözlər üçün vitaminlər ekran yorğunluğuna qarşı tez bir həll və ciddi problemlərin profilaktikasıdır. Amma onların həqiqətən görməyə təsir edib-etmədiyini araşdıraq. bu vitaminlərlə bağlı məlumatlar

.

Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün

Menyulardakı bir çox şirniyyat hər zaman təzə və əl işi olmaya bilər. Ekspertlərin fikrincə, bəzi klassik təamlar çox vaxt kütləvi istehsal məhsulu və ya hazır qarışıqlarla hazırlanır.  xəbər verir ki, restoranlarda təqdi

.

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır. xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər. Dietoloqla

.

Qadın həyatını məhv edən hormonal pozğunluq

Müasir dövrdə ən çox yayılan xəstəliklərdən biri də hormonal pozğunluqdur. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox problemlərin də əsasını qoyur. xəbər verir ki, hormonla

.

Ürəyin işini yaxşılaşdıran 6 QİDA

Ürək sağlamlığını yaxşılaşdırmaq və ürək xəstəliyi riskini azaltmaq düşündüyünüz qədər çətin deyil. Pəhrizinizdə kiçik dəyişikliklər və müəyyən faydalı qidaların istehlakı ürəyinizin qorunmasına kömək edə bilər. xəbər veri

.

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Geniş istifadə olunan ağrıkəsici qruplarının tibbi nəzarətdən kənar və yüksək dozada qəbulu kəskin mədə qanaxması, qaraciyər toksikliyi və xroniki böyük çatışmazlığı kimi həyati fəsadlara yol açır.  xəbər verir ki, ağrıkəsic

.

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son günlər əhali arasında geniş yayılan və müxtəlif əlamətlərlə müşahidə olunan xəstəlik narahatlıq doğurur. Bir çox insan uzun müddət davam edən qripəbənzər simptomlardan şikayət edir, bəzilərində isə xəstəlik fərqli formalard

.

Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO

Evdə yemək hazırlayarkən gigiyena və sağlamlıq qaydalarına ciddi əməl etmək lazımdır. Mətbəxlərdə estetik görünüşünə görə üstünlük verdiyimiz bəzi məhsullar sağlamlığımıza ciddi zərər vura bilər. Məlum olub ki, bəzi "təbii"

turlar.az

qadın geyimi gelinlikler kosmetoloq sarimsaqin xeyri içi doldurulmuş badımcan turşusu toylar moda xəbərləri kosmetika xerceng orqazm tapmacalar vətən baliq