Diareya zamanı oral rehidratasiya terapiyası

Diareya zamanı oral rehidratasiya terapiyasıKəskin bağırsaq infeksiyaları yoluxucu xəstəliklərin strukturunda ikinci yeri tutur. Diareya (ishal), adətən 24 saat ərzində ən azı üç dəfə qeyri-adi boş və sulu nəcisin xaric olmasıdır. Diareya zamanı boş nəcislə su və elektrolitlər itkisi (natrium, xlor, kalium və bikarbonat) baş verir. Su və elektrolitlərin xaric olması həmçinin qusma, tərləmə, sidik ifrazı (diurez) və tənəffüs vasitəsi ilə baş verir. Dehidratasiya - yəni orqanizmin susuzlaşması, bu itkilər lazımi səviyyədə doldurulmadıqda, bununla əlaqədar su və elektrolit çatışmazlığı olduqda baş verir.
Dehidratasiya sindromu su və elektrolitlərin itkisi nəticəsində meydana gəlir və bu zaman kəmiyyət baxımdan itki fərqli ola bilər. Bundan asılı olaraq dehidratasiya hipertonik (maye itkisi, duz və mineral itkisindən daha çoxdur), hipotonik (duz və mineral itkisi maye itkisindən daha çoxdur) və izotonik (maye və duzlar bərabər dərəcədə itirilir) növlərinə bölünür. Qanın zülalı, hemoqlobin, hematokrit və eritrositlərin səviyyəsindəki artımlar bütün növlərə xarakterikdir, lakin izotonik dehidratasiya zamanı bu göstəricilər bəzən normal ola bilər.
Dehidratasiyanın növündən asılı olaraq müvafiq müalicə təyin olunur. Bunun üçün isə qanın su və elektrolit tərkibini analiz etmək zəruridir. Həmçinin xəstəliyin səbəb və simptomlarından asılı olaraq hansı növ dehidratasiyanın baş verməsi haqqında da fikir yürütmək olar. Belə ki, hipertonik (su çatışmazlığı, hüceyrədaxili) dehidratasiya, plazmadakı natriumun qatılığının artması səbəbindən qan dövranına keçən suyun itkisi fonunda baş verir. İtkilər əsasən ishal zamanı baş verir. Nəticədə, kliniki olaraq sönməyən susuzluq, afoniya, "göz yaşı olmadan ağlamaq" ilə özünü göstərən hüceyrədaxili dehidratasiya baş verir. Bu zaman dəri quru və istidir, mayesinin həcminin artması səbəbindən uşaqlarda əmgək batmır.
Hipotonik (duz çatışmazlığı, hüceyrəxarici) dehidratasiya, elektrolitlərin (natrium, kalium) əhəmiyyətli dərəcədə itkisi ilə baş verir, qusmanın ishal üzərində üstünlük təşkil etdiyi təqdirdə müşahidə olunur. Duzların itkisi plazma osmolyarlığının azalmasına və damar yatağından mayenin hüceyrələrə hərəkət etməsinə səbəb olur (hüceyrədaxili ödem). Susuzluq mülayimdir. Xarici dehidrasiya əlamətləri zəif ifadə olunur: dəri soyuq, solğun və nəmlidir, selikli qişalar o qədər də quru deyil, uşaqlarda böyük əmgək batır.
İzotonik (normotonik) dehidrasiya ən çox rast gəlinən növdür, maye və duzların eyni nisbətdə itkisi ilə müşayiət olunur.
ÜST və UNICEF diareya zamanı xəstəyə ilkin olaraq əsasən oral (peroral), yəni ağızdan içirməklə, buna imkan olmadıqda isə venadaxili olaraq rehidratasiyanın (orqanizmi maye ilə təmin etmək) aparılması məqsədi ilə duz məhlullarının istifadəsini vacib hesab edir. Peroral rehidratasiyanın əsas prinsipi - orqanizmə hissə-hissə və tədricən maye yeridilməlidir. Oral (və ya peroral) rehidratasiya duzları (ORD) güclü diareya, çoxsaylı qusma, geniş yara və ya yanıq sahələrindən ekssudasiya, drenaj və fistullardan ifrazat, işlədici vasitələrin tez-tez qəbulu zamanı orqanizmdə mayeni və elektrolitləri bərpa etmək üçün istifadə olunurlar. ORD həmçinin pasiyentin orqanizmində turşu-qələvi mühitin korreksiyasında iştirak edir. ORD nazik bağırsaqdan sorularaq, diareya zamanı orqanizmin itirdiyi su və elektrolit ehtiyatını bərpa edir. Aparılan tədqiqatlar əsasında ÜST və UNICEF 2006-cı ildə ORD məhlullarının xüsusiyyətlərinə dəqiqlik gətirmişlər və xüsusilə də, vəba ilə törədilməmiş kəskin diareyalar zamanı "osmolyarlığı aşağı olan" (təxminən 245 mOsm/l) ORD məhlullarının istifadəsini tövsiyə edir. Oral rehidratasiya infeksion diareyanın müalicəsinin əsas üsullarından biridir.
Diqqətə alsaq ki, insan orqanizminin 70%-ni, uşaq orqanizminin isə yaşdan asılı olaraq 80-90%-ni su təşkil edir, bu səbəbdən az miqdarda belə su itkisi və bu itkinin bərpa olunmaması, orqanizmdə çox böyük, bəzən də geri dönməyən problemlərə yol aça bilər. Məhz buna görə dehidratasiyaya ciddi yanaşmaq və dərhal yardım üçün həkim və ya əczaçılara müraciət etmək lazımdır. Onlar ilk yardım olaraq uyğun ORD məhlulunu tövsiyyə edəcəklər.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Xəbərlər     Baxılıb: 1803   Tarix: 01 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj instagram geyim seçimi qis geyimləri 2026 2026 payiz qis kolleksiyasi sabir haciyev qizilgul haqqinda melumat karikatura kosmetika vusale elizade gəncə kahfe kali hesaplama burcler haqqinda