Dietoloq immuniteti gücləndirən multivitamin bombasından danışdı
Çaytikanı giləmeyvələri bədən üçün faydalı olan bütün elementləri ehtiva edir və onların tərkibində sitrus meyvələrindən daha çox C vitamini var.
Publika.az xəbər verir ki, bu barədə dietoloq İrin Rıl "RİA Novosti"yə müsahibəsində deyib.
"Bu giləmeyvə multivitamin bombasıdır. Tərkibində sitrus meyvələrindən daha çox C vitamini var. Onun tərkibinə A, E, B1, B2, B3, B6, B9, E, PP vitaminləri də daxildir. Çaytikanın tərkibindəki karotenoidlər və flavonoidlər sayəsində giləmeyvə immuniteti gücləndirmək və iltihabi proseslərə qarşı mübarizə aparmaq üçün əla vasitədir. Dəri xəstəlikləri və hemoroidin müalicəsində də çaytikanı yağı az effektli deyil. Çaytikanı giləmeyvəsi serotonin (xoşbəxtlik hormonu) istehsalını aktivləşdirir, qan laxtalanmasını azaldır", - Rıl əlavə edib.
Eyni zamanda həkim xəbərdarlıq edib ki, çaytikanı allergik reaksiyalara da səbəb ola bilər. Böyrək və öd daşı olan insanlarda da ehtiyatla istifadə edilməlidir.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi