DİETOLOQDAN ÇAĞIRIŞ: Kərə yağını əritmək düzgün deyil

DİETOLOQDAN ÇAĞIRIŞ: Kərə yağını əritmək düzgün deyilAzərbaycanda kərə yağının bahalaşması ilə bağlı baş verən proseslər ölkəyə idxal olunan məhsulların keyfiyyətinə nəzarət məsələsini bir daha gündəmə gətirib.
Təcrübə göstərir ki, bir çox hallarda dünya bazarındakı dəyişikliklər üzündən bahalaşan məhsulların satışındakı azalma idxalçıların daha aşağı qiymətə, həm də daha aşağı keyfiyyətə mal gətirmələrinə yol açır.
Ailem.az bildirir ki, bu barədə qida mütəxəssisi, həkim-diyetoloq Leyla Zülfüqarlı məsələ ilə bağlı medicina.az-a açıqlamasında bildirib ki, yağ adı altında satılan ucuz qidalar əslində sintetik məhsullardan hazırlanmış yağa bənzər maddələrdir.
Dietoloqun sözlərinə görə, saxta yağlar ürək-qan damar, infarkt, şəkərli diabet kimi bir çox xəstəliklərin yaranmasına səbəb olur: "Tərkibində olan yüksək sıxlıqlı yağ turşuları mədəyə zərər vurur. Bu səbəbdən ölüm faktları daha çox qeydə alınır. Ən təhlükəlisi biznes məqsədli ucuz hazırlanıb baha satılan trans yağlarıdır. Satılan yağların 80 faizini trans yağları təşkil edir".
Həkimin sözlərinə görə, istehsalçı şirkət iki ayrı maddəni qarışdıraraq yağ hazırlayır ki, bu da insan orqanizmi üçün birbaşa təhdiddir.
"Doymuş və doymamış yağ turşularını bir-birinə qarışdıraraq hazırlanan kərə yağları vücud üçün zərərdən başqa bir şey deyil. Daha sadə desək, bərk yağa bitki yağı əlavə edilir. Orjinal yağın tərkibi isə bir olmalıdır. Günümüzdə su qatılaraq hazırlanan saxta yağlar da vardır. Qatqısı kimyəvi maddələr olan qida birbaşa zəhər deməkdir. Çünki bu zaman ekstraktiv maddələr toksiki maddələrə çevrilərək, mədə üçün təhlükəli zəmin yaradır", - deyə Zülfüqarlı bildirib.
Azərbaycan menyusunda qızartma yeməklərə önəm verildiyini xüsusi vurğulayan həkimin sözlərinə görə, bu zaman vətəndaşlar özləri belə bilmədən orjinal yağı çox zaman zəhərli maddəyə çevirir:
"Qızartma yeməklər hazırlanan zaman yağı yandırmaq qəti olmaz. Kərə yağı əslində qızartmada çox istifadə edilməməlidir. Təbii halda yeyilməsi daha faydalıdır. Çünki qızardılan zaman tərkibindəki vitaminlər ölür. İnsanların çoxu yağları özləri qazda əridirlər və duru kərə yağı əldə edirlər. Bu, keçmişdən günümüzə gələn yanlış örnəkdir. Kərə yağı otaq temperaturunda özü əriməlidir. "Ərinmiş kərə yağı" deyilən termin olmamalıdır. Soyuducuda aşağı temperaturda saxlanılmalıdır ki, tamı dəyişilməsin və tərkibindəki vitaminlər ölməsin".
Bəs insanlar piştaxtalarda satılan yağların qismən də olsa orijinal olub-olmamasını necə seçə bilər?
Dietoloq Leyla Zülfüqarlı vətəndaşların yağ aldıqları zaman onun yağlılıq faizinə baxmalı olduğunu diqqətə çatdırıb: "Orijinal kərə yağının yağlılıq dərəcəsi 82,5 faizdən aşağı olmamalıdır. Bundan əlavə qoxusundan, rəngindən müəyən qədər də olsa ayırd etmək mümkündür. Əsl yağ saman sarılığında olmalıdır".
Qiymətinin baha olması keyfiyyətlidir anlamına gəlirmi?
Dietoloq bu suala da aydınlıq gətirərək bildirib ki, əslində ölkəmizdə yağların qiyməti baha olmamalıdır. Çünki ölkəmizin təbii şəraiti əsl yağ əldə etməyimizə imkan verir.
Leyla xanım insanlara tövsiyələr də verib: "Bacardığınız qədər təbii kərə yağlarından istifadə edin. Çünki əks halda xərçəng xəstəliyinə bu səbəbdən belə yoluxa bilərsiniz".

Sağlamlıq     Baxılıb: 2239   Tarix: 21 oktyabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

turlar.az

donlar 2026 toy makiyajlari həkim məsləhəti 2026 cu ilin modasi murebbeler 2026 hicab cins 2026 kosmetika cinsi əlaqə hekaye janri baldiza aid hakisda öpüşme kahfe falı