DİN zorla maşına mindirilən qadınla bağlı məlumat yaydı: "Aralarındakı münasibət..." - VİDEO
İyunun 29-da bir bəzi xəbər portallarında Nərimanov rayonu ərazisində qadının zorla avtomaşına əyləşdirilməsi ilə bağlı yayılmış videogörüntülər araşdırılıb.
Xanim.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırmalar zamanı müəyyən edilib ki, həmin gün səhər saat 7.00 radələrində Bakı şəhər sakini Elnur Həsənov (ad şərtidir) idarə etdiyi "VAZ-21154" markalı avtomaşınla tanışı, Bakı şəhər sakini Mehparə Hüseynovanı (ad şərtidir) mənzilinə apararkən Z.Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb, bu zaman qadın nəqliyyat vasitəsini saxlatdıraraq düşməyə cəhd göstərib. Lakin sürücü mübahisənin qarşısının alınması məqsədi ilə sərnişini zorla avtomaşına əyləşdirib yoluna davam edib.
Dindirmə zamanı M.Hüseynova E. Həsənovla (adlar şərtidir) aralarında dostluq münasibətlərinin olduğunu, onun barəsində hər hansı şikayət və tələbinin olmadığını bildirib.
Hazırda faktla bağlı Nərimanov RPİ-də araşdırma davam etdirilir.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir