DİQQƏT! Azərbaycanda təbii qazın qiyməti ilə bağlı ŞAD XƏBƏR

DİQQƏT! Azərbaycanda təbii qazın qiyməti ilə bağlı ŞAD XƏBƏRBu gün Milli Məclisin bir sıra komitələrində təmsil olunan deputatların iştirakı ilə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası olub.

Xanim.az trend-ə istinadən xəbər verir ki, komitənin sədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirib ki, gündəlikdə bir məsələ var.

Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gaz Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında" SOCAR Umid Oil and Gaz Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsini slaydlarla təqdim edən vitse-spiker konkret faktlara diqqət yönəldib

V.Ələsgərov bildirib ki, 1953-cü ildə aşkar olunmuş Ümid yatağı üzrə kəşfiyyat işlərinin bərpası 2008-ci ildə qərara alınıb və bu məqsədlə SOCAR Umid birgə müəssisəsi yaradılıb. 2010-2011-ci illərdə həmin birgə müəssisə tərəfindən aparılan kəşfiyyat işləri nəticəsində iki quyu qazılıb. İlkin hesablamalara görə, Ümid yatağında 2 milyard kubmetr təbii qaz və 40 milyon ton kondensat ehtiyatının olduğu müəyyənləşdirilib. Deputatların nəzərinə çatdırıldı ki, Ümid yatağı üzrə hasilat 2012-ci ildən etibarən həyata keçirilir. 2017-ci ilin 1 mart tarixinədək həmin yataqdan 1 milyard 314 milyon kubmetr təbii qaz və 217 min 700 ton kondensat hasil olunub.

İclasda məlumat verilib ki, 1954-cü ildə aşkar edilmiş Babək perspektiv strukturunda isə 1987-ci ildə aparılmış geniş seysmik kəşfiyyat işləri nəticəsində strukturun bioloji quruluşu dəqiqləşdirilib. Ehtimala görə, bu strukturda Ümid qaz kondensat yatağı ilə hidrodinamik əlaqədə olan qaz kondensat yatağı aşkar edilə bilər.

Gündəlikdəki qanun layihəsində yer almış Müqavilə barədə ətraflı məlumat verdikdən sonra komitə sədri Risk Xidmət Sazişinin müddəalarını da geniş şərh edib. Bildirib ki, sazişdə məqsəd yerli bazarın neft-qaza olan tələbatını SOCAR-ın fəaliyyəti sayəsində ödəmək, xarici bazardan asılılığı azaltmaq, daxili bazarda təbii qaza olan tələbatı mümkün qədər aşağı qiymətə təmin etməkdir.

Müzakirə zamanı Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Mirkazım Kazımov, Şəmsəddin Hacıyev, Tahir Kərimli, Bəxtiyar Əliyev, İlham Məmmədov qanun layihəsinə müsbət münasibət bildirdilər.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov və komitənin üzvü, SOCAR-ın prezidenti Rövnəq Abdullayev millət vəkillərini maraqlandıran suallara aydınlıq gətiriblər. Qeyd olunub ki, uğurlu neft siyasəti ilə dünya miqyasında özünə möhkəm yer tutmuş Azərbaycan karbohidrogen ehtiyatları sahəsində bütün riskləri nəzərə alır və istənilən saziş bağlanarkən ilk növbədə ölkəmizin milli maraqları qorunur. Əvvəlki sazişlər kimi, bu saziş də böyük iqtisadi əhəmiyyətə malikdir.

Yekunda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Xəbərlər     Baxılıb: 4695   Tarix: 22 aprel 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

turlar.az

aksessuarlar geyim şəkilləri yay kolleksiyasi hepatitlər xinayaxdi haxista oxatan burcu asan ariqlamagin yollari kosmetika mikayıl abdullayev maraqli hakistalar novruz bayrami uşaq nece olur oyunlar