DİQQƏT! Bu universitetlərdə təhsil haqları ARTIRILDI – SİYAHI

DİQQƏT! Bu universitetlərdə təhsil haqları ARTIRILDI – SİYAHIAzərbaycanda 2017-2018-ci tədris ilinin başlanmasına təxminən 2 ay vaxt qalıb. İyulun 29-dan isə ixtisas seçimi başlayır.

İxtisas seçimi ərəfəsində report dövlət ali məktəbləri arasında sorğu keçirərək təhsil haqlarında artım olub-olmadığını öyrənib.

Məlum olub ki, dövlət universitetləri arasında Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil haqları artıb.

Bakı Dövlət Universitetindən bildirilib ki, yeni tədris ili üçün cüzi artım nəzərdə tutulub: "Bəzi ixtisaslarda təxminən 100-200 manat artım var. O da müəyyən dövri tənzimləmələr üçündür. Yəni, kütləvi şəkildə artım müşahidə edilməyəcək. Artım, əsasən, bakalavr pilləsində olacaq. Ümumi qiymətlərə gəlincə, təhsil haqları 1600-4800 manat arasında dəyişir".

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2017-2018-ci tədris ili üçün ötən illə müqayisədə 300-500 manat arası artım qeydə alınıb: "Müasir dövr üçün daha çox tələb olan ixtisaslarda təhsil haqqı 1800 manatdır. Digər ixtisaslarda təhsil haqqı 1600 manatdır".

Azərbaycan Tibb Universitetində müalicə işi və stomatologiya ixtisaslarında təhsil haqqı 3000, əczaçılıq və tibbi profilaktikada 2000 manatdır. Yəni, yeni tədris ilində ödəniş haqlarında artım olmayacaq, təhsil haqları stabil qalacaq. Müalicə işində 635, hərbi həkimlikdə 105, tibbi profilaktikada 80, stomatologiyada 100, əczaçılıqda 75 tələbənin qəbulu nəzərdə tutulub.

Bakı Ali Neft Məktəbində təhsil pulsuzdur. Yeni tədris ili üçün ali məktəbdə 135 tələbə üçün ödənişsiz təhsil veriləcək. Onu da xatırladaq ki, yeni tədris ilindən məktəbin tələbələri yeni istifadəyə verilən kampusda öz təhsillərini davam etdirəcəklər.

Bakı Slavyan Universitetində 2016-2017-ci illər üçün təhsil haqlarının məbləği azaldılıb. Yeni tədris ili üçün isə hələlik məbləğlərdə dəyişiklik yoxdur. Təhsil haqları 1400-2000 manat arasında dəyişir. Bütün fakültələr üzrə 1085 tələbə qəbulu nəzərdə tutulub. Bunun 750 nəfəri Azərbaycan bölməsi üzrə (əyani), 300 nəfəri isə rus bölməsi üzrə (əyani) planlaşdırılır. Azərbaycan bölməsində 15 nəfər, rus bölməsində 20 nəfər tələbənin qiyabi təhsil alması nəzərdə tutulub.

Azərbaycan Dillər Universitetində təhsil haqqı 1000-2500 manat arasındadır: "Bir neçə ildir belədir və bu il də dəyişməyəcək. Bu tədris ili üçün 1400 bakalavr, 310 magistr qəbulu nəzərdə tutulur".

Azərbaycan Texniki Universitetində (AzTU) 2017-2018-ci tədris ilində də ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı sosial-iqtisadi vəziyyət nəzərə alınaraq müəyyənləşdirilib: "Universitetdə ödənişli əsaslarla təhsil alanların ödədiyi vəsait 1400-1800 AZN arasında dəyişir. Bu da öz növbəsində müafiq olaraq qiyabi təhsil üzrə 1400-1500 AZN, əyani təhsil üzrə 1700-1800 AZN təşkil edir. AzTU-ya növbəti tədris ili üçün tələbə qəbulunda ötən ilə nisbətən daha çox yer nəzərdə tutulub. Universitetin 9 fakültəsinə əyani və qiyabi təhsil üzrə ümumilikdə 2135 yer ayrılıb".

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2017/2018-ci tədris ilində təhsil haqlarında heç bir dəyişiklik nəzərdə tutulmayıb: "Təhsil haqqı 1500-2600 manat arasında dəyişir. 2017/18-ci tədris ilində UNEC üçün təhsilin bakalavr pilləsində 3415, magistr pilləsində isə 1489 plan yeri ayrılıb. Zaqatala filialına isə 350 qəbul planı nəzərdə tutulub".

Sumqayıt Dövlət Universitetində təhsil haqqında heç bir dəyişiklik gözlənilmir: "Əyani və qiyabi təhsil əvvəlki qaydada aparılacaq. Ötən illər qəbul qaydası necə aparılıbsa, bu il də həmin qayda ilə aparılacaq. Qəbulda 1800-ə yaxın plan yeri nəzərdə tutulub. Təhsil haqqı 1900 -1300 manat arası dəyişir".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ödənişlə bağlı dəyişiklik nəzərdə tutulmayıb: "Yalnız qiyabi şöbədə 100 manat artım ola bilər. Təhsil haqları ixtisasdan asılı olaraq əyanidə 1600-1800, qiyabidə isə 1300-1500 manat arasındadır. Yeni tədris ili üçün qəbul üçün 2700 bakalavr yeri nəzərdə tutulub".

Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasında da qiymət artımı nəzərdə tutulmayıb. Təhsil haqları müxtəlif ixtisaslara görə 1800-2000 manat arasında dəyişir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil haqlarında dəyişikliklər yoxdur, ötənilki qiymətlər qalır: "Belə ki, texniki ixtisaslarda – inşaat mühəndisliyi, ekologiya mühəndisliyi, meliorasiya və su təsərrüfatı mühəndisliyi, elektrik mühəndisliyi, neft-qaz qurğuları mühəndisliyi, torpaq, şəhər kadastrı və s. 1800 manat, iqtisadiyyat və memarlıqda isə 2300 manatdır".

Mədəniyyət və İncəsənət Universitetində də qiymətlərdə heç bir dəyişiklik yoxdur. Belə ki, bakalavar pilləsi üzrə 1800, magist pilləsi üzrə isə 2000 manat təhsil haqqı müəyyən olunub.

Xəbərlər     Baxılıb: 1729   Tarix: 21 iyul 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

toy gecesi qadin sayti geymler 2026 paltar modelleri kitayski roza fotoqaleriya qış salatları kosmetika masqalar vətənə aid bayatılar haxista sirin qogal efsane