DİQQƏT! Bu xəstəliyə hər kəs tutula bilər – 5 VACİB FAKT

DİQQƏT! Bu xəstəliyə hər kəs tutula bilər – 5 VACİB FAKTSon zamanlar respirator infeksiyaların çox yayılması orqanizmdə immunitetin zəifləməsi fonunda bir sıra xroniki xəstəliklərin, o cümlədən vərəm xəstəliyinin aktivləşməsinə səbəb olur.
Bronx-ağciyər aparatının 800-ə yaxın xəstəliyi mövcuddur ki, bu xəstəliklərə düçar olmuş insanların 50%-dən çoxunda ilk 6 ay ərzində heç bir əlamət müşahidə edilmir.
Bronx-ağciyər xəstəlikləri üçün xarakterik sayılan öskürək əlaməti xəstələrin bir qrupunda uzun müddət ümumiyyətlə olmur. Buna görə də bir çox hallarda tənəffüs orqanları xəstəliyi olan şəxslər vaxtında həkimə müraciət etmədiyi üçün gecikmiş və yayılmış mərhələdə aşkar edilirlər.
Tənəffüs orqanlarını, xüsusilə daha çox zədələyən vərəm xəstəliyi xroniki gedişli, azsimptomlu olub tədricən inkişaf etdiyi üçün bu xəstələr bəzi hallarda erkən mərhələdə aşkar edilmir. Belə ki, tənəffüs orqanlarının vərəmi olan xəstələr daha çox ya kəskin respirator virus infeksiyalarından sonra sağalmanın olmaması, ya da vərəm prosesinin inkişafı nəticəsində əlamətlərin güclənməsi, xüsusilə qanhayxırmanın müşahidə edilməsi zamanı həkimə müraciət edirlər.
Bu baxımdan insanların hazırda bütün dünyada geniş yayılmış və tənəffüs orqanlarını daha çox zədələyən vərəm xəstəliyi, onun əlamətləri haqqında məlumatlı olmaları vacibdir.
Vərəm haqqında hər kəs bilməli olduğu vacib detallar:
1. Vərəm xəstəliyi vərəm çöpləri tərəfindən törədilən xroniki infeksion xəstəlikdir. Vərəm infeksiyası daha çox tənəffüs orqanlarını, ağciyərləri zədələyir. Amma vərəm bütün orqanlarda müşahidə edilə bilər. Belə ki, rast gəlmə tezliyinə görə tənəffüs orqanlarının vərəmindən sonra sümük-oynaq sisteminin, sidik-cinsiyyət orqanlarının, beyin qişalarının və s. digər bütün orqanların vərəmi müşahidə edilir.
2. Vərəm əsasən tənəffüs yolu vasitəsilə (hava-damcı və hava-toz yolu) yoluxur. Vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələr epidemioloji baxımdan daha təhlükəlidirlər. Çünki daha çox belə xəstələrin öskürməsi və asqırması zamanı ətrafdakı sağlam insanların vərəmə yoluxması baş verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin təxminən 1/3 hissəsi vərəm infeksiyasına yoluxub və hər il dünyada 10 milyonadək insan vərəmlə xəstələnir ki, bunların da 3 milyonu vərəm xəstəliyindən dünyasını dəyişir. Yəni dünyada təxminən hər 10 saniyədən bir 1 nəfər vərəm xəstəliyindən ölür. Vərəm çöpləri ilə yoluxanların 10%-ə qədərində vərəm xəstəliyi inkişaf edir. Yoluxmuş insanların qalan 90%-də isə vərəm çöpləri latent ("yatmış") formada qalaraq insan ömrünün sonunadək xəstəlik törətmir və ya immunitetin zəifləməsinə səbəb olan hər hansı bir faktorun təsirindən aktivləşərək vərəm xəstəliyi törədir.
3. Vərəmlə hər kəs xəstələnə bilər. Çox yaxşı bir deyim var - vərəm elə xəstəlikdir ki, əvvəlcədən öz vizit kartını heç kəsə göndərmir. Doğrudur, vərəmlə xəstələnməyə görə risk qrupu vardır ki, vərəm xəstəliyi bu qrupdan olan insanlarda daha çox müşahidə edilir. Vərəmlə xəstələnməyə görə müşahidə edilən risk qrupuna aiddir: hormonal terapiya alan endokrinoloji xəstələr, o cümlədən şəkərli diabeti olanlar, açıq ürək əməliyyatı və orqan köçürülməsi əməliyyatı olunanlar, hamiləlik və doğuşdan sonrakı dövrdə olan qadınlar, tibb müəssisələrinin (əsasən qəbul şöbələri və vərəm əleyhinə müəssisələrin) personalı, qidalanması zəif, yaşayış şəraiti qeyri-qənaətbəxş (xüsusilə nəmişlik və günəş şüası düşməyən) olan insanlar, tütünçəkənlər, alkoqoliklər, narkomanlar, tüfeyli həyat tərzi keçirənlər, QİÇS olan xəstələr, cəzaçəkmə müəssisələrində cəza çəkənlər və ordan azad olunanlar, hərbi qulluqçular və s. Amma bu heç də o demək deyil ki, yalnız sadalanan risk qrupundan olan insanlar vərəmlə xəstələnə bilər. Əslində hər kəs ömrünün istənilən dövründə vərəmə tutula bilər. Praktik olaraq da yaşayış şəraiti, qidalanması çox yaxşı olan və sadalanan risk qruplarına aid olmayan insanlar arasında da vərəm xəstəliyinə rastgəlmə halları heç də az deyildir.
4. Vərəm xəstəliyi üçün mütləq patoqnomik olan əlamət mövcud deyil. Yəni elə bir əlamət yoxdur ki, ona əsasən müayinə etdiyimiz şəxsdə vərəm xəstəliyinin olduğunu əminliklə deyək. Amma vərəm zamanı ən çox rast gəlinən əlamətlər bunlardır: axşamüstü zəif subfebril hərarətin (37,2-37,4 C) olması, ümumi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsi, gecələr səhərə yaxın boyun, ənsə, kürək nahiyəsinin tərləməsi ("nəm yastıq" simptomu). Bu əlamətlərlə yanaşı vərəm xəstəliyi zamanı iştahasızlıq, arıqlama, tənəffüs orqanlarının vərəmi zamanı öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrılar, qanhayxırma və ağciyər qanaxması müşahidə edilir. Xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, əgər öskürək 3 həftədən çox davam edərsə, həmin şəxsin vərəmə görə mütləq müayinə olunması lazımdır.
5. Vərəm müalicə olunan və tam sağalan xəstəlikdir. Təbii ki, xəstəlik nə qədər tez aşkar edilib, vaxtında müalicəyə başlanılıb tam kompleks müalicə edilərsə, nəticə bir o qədər effektli olar. Amma vərəmin müalicəsi uzunmüddətlidir. Belə ki, vərəmin ən məhdud formasının kompleks müalicəsi fasiləsiz olaraq, minimum 6-8 ay davam etdirilməlidir.
Rafiq Bayramov, dosent,
Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrasının müdiri
Aile.lent.az

Sağlamlıq     Baxılıb: 2066   Tarix: 25 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

turlar.az

qis geyimləri 2026 donlar 2026 yaz geyimleri 2026 qadın xəstəlikləri manqal salati şorba reseptləri toyuqlar haqqinda kosmetika novruz bayramına aid hakışta faydalı məsləhətlər cantalar ginekoloq burclerin uyumu