DİQQƏT! Döş nahiyəsindəki ağrıların səbəbi bunlardır

DİQQƏT! Döş nahiyəsindəki ağrıların səbəbi bunlardırQabırğa arası nevralgiya çox yayılmış pozulmadır. Nevralgiya döş qəfəsində güclü ağrılara səbəb olur.
Qabırğa arası nevralgiya insanın sağlamlığı və həyatı üçün ciddi təhlükə yaratmasa da, çox xoşagəlməz hisslərə səbəb olur və insanın gündəlik həyatına mənfi təsir edir.
Milli.Az bildirir ki, insan skeletində 12 cüt qabırğa var. Qabırğaların arasında sinirlər keçir. Sinirlərin müxtəlif səbəblərə görə sıxılması və qıcıqlandırılması nəticəsində qabırğa arası nevralgiya inkişaf edir.
Əksər hallarda xəstəliyin səbəbi əzələ spazmı olur. Bu spazm insan narahat vəziyyətdə yatdıqda, uzun müddət ərzində eyni vəziyyətdə olduqda, uzun müddət ərzində yelçəkən yerdə qaldıqda, soyuqladıqda mümkündür. Xroniki stress də əzələ spazmlarına və nevralgiyanın inkişafına səbəb ola bilər.
Osteoxondroz, onurğanın əyrilikləri, infeksiyalar (qripp, herpes, vərəm), travmalar, şəkərli diabet qabırğa arası nevralgiyanın inkişafına gətirib çıxarda bilər.
Xəstəliyin simptomları
- döş qəfəsində ağrılar (ağrılar ikitərəfli və ya birtərəfli ola bilər)
- ağrılar hərəkət, öskürək, dərin nəfəsalma zamanı artır
- ağrılar ürəkdə, qolda, beldə, boyunda hiss oluna bilər. Məhz bu səbəbdən insanlar bu ağrıları ürək ağrıları, stenokardiya tutması, infarktla səhv salır.
- nevralgiya tutması tərləmə, zədələnmiş yerdə dərinin qızarması, əzələnin dartılması ilə müşayət oluna bilər.
- həssaslığın azalması, zədələnmiş sinirin üstündə dərinin keyiməsi, qarışqa yeriməyi hissi.
- zədələnmiş yerdə yanğı, arabir sancma hissi.
Qabırğa arası nevralgiya hiyləgər xəstəlikdir. Xəstəliyin simptomları müxtəlif digər xəstəliklərə bənzəyir - xolesistit, stenokardiya (ürək tutması), plevrit. Lakin əksər hallarda xəstələr nevralgiyanı ürək tutması ilə səhv salır və bu onlarda panikaya səbəb olur.
Bu xəstələkləri ayırd etmək kifayət qədər asandır - nevralgiya zamanı ağrı hərəkət, öskürək, asqırma, fiziki gərginlik, dərin nəfəsalma zamanı artır. Ürək tutması zamanı ağrı dərin nəfəsalma, hərəkət zamanı dəyişilmir. Ürək tutması zamanı ağrı nitroqliserin həbinin qəbulundan sonra tez bir zamanda (3-5 dəqiqə) keçir (infarkt istisnadır). Nevralgiya zamanı nitroqliserin ağrıya təsir etmir.
Nevralgiya zamanı qabırğalara və onların arasında olan yerlərə əllə təzyiq etdikdə, ağrı artır. Ürək tutması zamanı bu baş vermir.
Qabırğa arası nevralgiyanın diaqnozu kifəyət qədər çətin qoyulur. Xəstə kompleks müayinələrdə keçməlidir - MRT, USM, EKQ, laborator müayinələr.
Qabırğa arası nevralgiyanın tutması zamanı ağrısızlaşdıran və qeyri-steroid iltihabəleyhinə preparatlardan istifadə olunur.
Müalicə zamanı hirudoterapiya (zəli ilə müalicə), xüsusi massaj və müalicəvi bədən tərbiyəsi, iynəbatırma istifadə olunur. Müalicə uzunmüddətlidir. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1439   Tarix: 11 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

kosmetika mehsullari həkim məsləhəti qadin dunyasi hicab bağlamaq hamiləlikdə qidalanma kokteyl paltarlari qara noqteler ucun uz maskalari kosmetika zencefil buga burcu eqreb cinsi elaqe novruz bayramina aid hakistalar