DİQQƏT! - Evi cadudan təmizləməyin yolları

DİQQƏT! - Evi cadudan təmizləməyin yollarıMübahisə, ölüm, xəstəlik və s. bu kimi hallar evdə neqativ enerji yaradır. Neqativ enerjini, cadu-tilsim sayəsində evdə yaranmış xoşagəlməz auranı aradan qaldırmağın müxtəlif yolları var.

Təmizlik

Dağınıqlıq və çirk, mənfi enerjiləri evə cəlb edir. Evi təmizləməklə avtomatik olaraq mənfi enerjini də aradan qaldırırsınız. Mütəmadi olaraq hamam və mətbəx də daxil olmaqla, bütün otaqların künc-bucaqlarını yaxşıca təmizləyin. Mətbəxdə heç vaxt, xüsusilə gecələr çirkli qab saxlamayın. Əşyaları həmişə aid olduqları yerə qoyun. Ehtiyacınız olmayan köhnə əşyaları atın.

Büxur yandırmaq

Büxur evi mənfi enerjidən təmizləməyin ən qədim üsullarından biridir. Yandırmaq üçün ən çox istifadə edilən bitki isə ada çayıdır. Ada çayını yandırdıqda ətrafa neqativ ionlar göndərir, bu da mənfi enerjini neytrallaşdırır.

Neqativ ionlar evdə əmin-amanlıq yaradır. Ada çayının eyni zamanda sakitləşdirici təsiri də var. O, sinirləri sakitləşdirib zehni gücləndirir. Ada çayına alternativ kimi lavanda, şam və ya başqa gözəl ətirli bitkilər də istifadə etmək olar. Evinizi təmizlədikdən sonra bütün qapıları, pəncərələri, siyirmələri və şkafları açın. Bir-birinə bağlanmış quru budaqları yandırıb, tüstünün hər tərəfə yayılması üçün evin içində gəzdirin.

Mebelləri səliqəyə salın

Bəzən mebellərin yerlərini dəyişdirmək də evdəki pis enerjinin azalmasına kömək edir. Mebelləri yerləşdirən zaman otağın mümkün qədər geniş görünməsinə çalışın. Əgər nəticə sizi qane etmirsə, deməli, düzgün yerləşdirməmisiniz. İstifadə etmədiyiniz əşyaları evdə saxlamayın.

Günəş işığı və təmiz hava

Günəş işığı və təmiz hava mənfi enerjini evdən dərhal təmizləyir. Təbiətin güclü enerjisi sizin ən yaxşı xilaskarınız olacaq. Mənfi enerjini yox etmək üçün səhər tezdən yuxudan duran kimi pərdə, pəncərə və qapıları açıb gün işığının və təmiz havanın içəri daxil olmasına icazə verin. Sadəcə, otağınızın və orqanizminizin deyil, paltarlarınızın da günəşə ehtiyacı var. Paltarları mümkün qədər günəş işığında qurudun.

Dəniz duzu

Bir neçə qaşıq dəniz duzunu bir stəkan isti su ilə qarışdırıb duzun əriyib, su ilə həll olmasını gözləyin. Qarışığı sprey şüşəsinə töküb evin müxtəlif guşələrinə sıxın. Otağınıza, xüsusilə şimal-şərq və cənub-qərb tərəfə dəniz duzu səpin. 1 gecə saxladıqdan sonra tozsoranla süpürün.

Alqış sədaları

Alqış sədaları, yüksək səs və titrəyişlər neqativ enerjinin yox edilməsinə yardım edir. Təmiz və yüksək səs evi mənfi enerjidən təmizləməyin ən effektli üsuludur. Göy gurultusu da təbiətin müsbət enerjini yaymasının bir üsuludur. Evinizin müxtəlif guşələrində, rəflərdə, pilləkənlərdə, ağlınıza gələn hər yerdə əl çalın. Zəng, zınqırov və təbil kimi alətlərdən dən istifadə etmək olar.

Efir yağları

Efir yağlarının kəskin ətri mənfi enerjini dərhal məhv edir. Eyni zamanda evdən uzun müddət xoş, təravətli qoxular gələcək. Limon, portağal, lavanda, adaçayı, nanə və qızılgül kimi fərqli efir yağlarından bəhrələnmək olar. Kiçik sprey şüşəsini su ilə doldurun. 15-30 damcı hər hansı efir yağı əlavə edin. Onu evin hər küncünə, xüsusilə pəncərə və qapılara sıxın.

Dibçək bitkiləri

Dibçək bitkiləri də mənfi enerjini aradan qaldırmaqda olduqca təsirlidir. Bambuku, ay otu, adaçayı, hind reyhanı, orxideya, aloe vera, rozmarin, jasmin və s. bitkilər evdə müsbət aura yaradır.

Daşlar

Kristalların yaydığı yüksək vibrasiya mənfi enerjini yox etməyə qadirdir. Onlar ətrafımızdakı insanların səbəb olduğu mənfi duyğu və düşüncələrlə mübarizə aparır. Qara turmalin daşını evin girişinə qoymaqla mənfi enerjinin daxil olmasına mane olursunuz. Ya da onu evin mərkəzinə qoyaraq pis enerjinin evdən çıxmasını təmin edə bilərsiniz.

Pis enerjiyə qalib gələn digər daşlara: çaxmaq daşı, kuvars, qara oniks, ametist, qara obsidian və apaçi göz yaşları, kəhrəba və.s daşları misal çəkmək olar. Daşların öz funksiyasını yaxşı yerinə yetirə bilməsi üçün onları həftədə bir dəfə təmizləmək lazımdır.

Zəfəran

Tibet ənənəsinə görə, mənfi enerjilər zəfəranın kəskin qoxusunu sevmir. Dolayısı ilə zəfəran pis enerjini evdən uzaqlaşdırmağın ən asan yoludur. Günəş doğarkən evinizin girişinə bir miqdar zəfəran səpin. Beləliklə, evinizə müsbət enerjini dəvət edin. //publika.az//

Maraqlı     Baxılıb: 7919   Tarix: 07 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

turlar.az

toy makiyajlari kosmetoloq sade makiyaj sekilleri qazan katleti hepatitlər tərəvəz yeməkləri qadın geyim və aksessuar kosmetika oxu az porno qz eviyçun hakışta qız bürcü qiz evi haxista