DİQQƏT! İslam Oyunları ilə bağlı imtahanların vaxtı dəyişdiriləcək
Gələn il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar imtahanların vaxtında dəyişiklər ediləcək
Qadinsayti.az-ın apa-ya istinadən xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. M. Abbaszadə deyib ki, bu məsələ hazırda müzakirə olunur və sonda vəziyyəti nəzərə alaraq müvafiq qərar veriləcək: "May ayında Bakıda müəyyən imtahanlar, hətta sınaq imtahanları keçirilməyəcək. İslam Həmrəylik Oyunları ilə əlaqədar may ayında Bakıda sınaq imtahanı keçirə bilməyəcəyik. Magistratura və rezidenturanın II mərhələsi ilə bağlı imtahanların vaxtı da müzakirə olunur. Məktəblərdə dərslər iyunun 14-də başa çatacağı üçün buraxılış imtahanları da həmin vaxtdan sonra təşkil olunacaq".
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri qeyd edib ki, imtahanların cədvəli tam təsdiqlənəndən sonra yanvarda ictimaiyyətə açıqlanacaq.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Arzuolunmaz hamiləlik
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
35 yaşlı müğənni xərçəngdən öldü
Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib
Məşhur müğənni toy tarixini açıqladı