DİQQƏT! Mobil telefon uşaqlarda bu xəstəliyə səbəb olur

DİQQƏT! Mobil telefon uşaqlarda bu xəstəliyə səbəb olurTexnika inkişaf etdikcə, müxtəlif markalı telefonlar bazara yol tapır. Hamımız gündəlik həyatımızda mobil telefonlardan istifadə edirik. Mütəxəssislər isə cib telefonunun verə biləcəyi zərərlərin çoxluğu haqqında həyəcan təbili çalır.

Dünya Səhiyyə Təşkilatının açıqladığı məlumatlarda mobil telefonların xərçəng riskini artırdığı bir daha məlum olub. Gün ərzində yarım saatdan çox cib telefonu ilə danışanların beyin xərçəngi xəstəliyinə tutulma riski 50% daha çoxdur. Pediatr İlhamə Qurbanova hesab edir ki, mobil telefonların zərərləri mövzusunda "qlobal həyəcan vəziyyəti" elan edilməsinin vaxtı çatıb. "25 yaşına qədər insanların beyin inkişafı davam edir. İndi fikir versəniz görərsiniz ki, balaca uşaqlar da cib telefonlarından istifadə edir. Cib telefonlarının yaratdığı radiasiya uşaqların beyni üçün çox zərərlidir".
Rus elm adamlarının 5-12 yaşlı uşaqlar üzərində keçirdikləri 5 illik təcrübələr zamanı məlum olub ki, telefon istifadə edən uşaqlar, cib telefonu istifadə etməyən yaşıdları ilə nisbətdə daha çox diqqət və yaddaş pozğunluğu, huşunu itirmə kimi hallarla qarşılaşırlar. Araşdırmalar zamanı o da məlum olub ki, cib telefonlarını üzərində gəzdirən, gündə 2-4 saat arasında danışan kişilərin sağlam sperma ədədləri digər kişilərə nisbətdə çox aşağı olur.

Beynəlxalq Xərçəng Araşdırma Agentliyi cib telefonları və onların əsas stansiyalarının yaydığı radiodalğaların meydana gətirdiyi elektromaqnetik sahələrinin xərçəng yaratma ehtimalının çox yüksək olduğunu müəyyən edib. "Amerikada 1990-cı illərin sonunda doğulmuş 13 min uşaq üzərində araşdırma aparılıb. Müəyyən olunub ki, hamilə ikən gündə 2-3 dəfə cib telefonu istifadə edən anaların uşaqlarında davranış pozğunluğu 54% yüksək olur. Uşağa 7 yaşından əvvəl cib telefonu verilirsə, onda davranış pozğunluğu 80% daha çox yaranır".

Müsahibimiz bildirir ki, telefon bədənə nə qədər yaxın tutularsa, bir o qədər çox zərər vermiş olar. Mütəxəssislərin fikrincə, 10 il müddətlə eyni əl və qulağını istifadə edərək cib telefonuyla danışan adamda beyin şişi və eşitmə siniri mənşəli şiş meydana gəlmə ehtimalı 30% artır. "Gündə yarım saat telefonla danışan adamda bu 10 il, 1 saat danışanlarda isə 5 ildir. Yəni gündə 1 saat mobil telefonla danışan adamda 5 il müddətində hər hansı xərçəng növünə yaxanlanmaq riski 70%-dir".

Gün ərzində 2 saatdan çox telefon istifadə etmək, stress və yorğunluq hissi, ürək döyüntülərinin sürətlənməsi, qulaq cingildəməsi, diqqət pozğunluğu, eşitmədə keçici problemlər yarada bilər. Həkimin fikrincə, bunlar cib telefonlarının vurduğu müvəqqəti zərərlərdir. Uzun müddətli zərərlər isə genetik quruluşun pozulması, ağ qan hüceyrəsi (lenfoma) xərçəngi, ürək narahatlıqları, qan beyin baryerinin zədələnilməsi, qalıcı eşitmə pozğunluqları, yaddaş zəifləməsi və beyin şişi riski, embrion inkişafının zərər görməsi, qadınlarda uşaq salma riskinin artması, qan hüceyrələrinin pozulması, yüksək təzyiq, immunitet sisteminin zərər görməsidir. Bir sözlə, uzun müddət mobil telefondan istifadə insanlıq üçün zərərdir. "Gün içində 3-4 saat mobil telefona yaxın olmusunuzsa, baş ağrısı, unutqanlıq, diqqətsizliyin artımı, refleks itkisi, qulaqlarda cingildəmə, gözlərdə qaralma müşahidə edilə bilər. Əgər telefona baxarkən ürəyiniz bulanır və gözləriniz sulanırsa, bu təzyiqin artmasının işarəsidir. Bununla yanaşı həddən artıq əsəbilik də özünü büruzə edə bilər ki, bu da gələcəkdə nevrozla nəticələnər".

Həmsöhbətimiz mobil telefonun təhlükəsindən qorunmaq üçün telefonu heç bir zaman birbaşa bədənə tutmamağı məsləhət görür. Telefonla danışarkən qulaqlıq, hands-free cihazları və ya qulaqlıq istifadə edin. Mümkün olduqca sabit telefonlardan istifadə etməyə çalışın. "Telefonunuzu cibinizdə və ya sinənizdə gəzdirməyin. Telefonunuz açıq olmadığı zaman belə radiasiya yayır. Telefonunuzun siqnal səviyyəsi aşağı olduğu zaman və ya şəbəkə olmadığı halda daha çox radiasiya yayır".

Bəzi insanların yatarkən cib telefonunu yastığın altına və ya yatağın yanına qoyduğunu deyən İ.Qurbanova bunun sağlamlıq üçün daha çox təhlükəli olduğunu vurğulayır. "Bütün gecəni telefonla yatsanız, səhər başağrısı ilə ayılacaqsınız. Unutmayın ki, siz yatırsınız, cib telefonunuz isə yatmır və o, açıq olduğu müddətdə radiasiya yayır".
gencaile.az

Xəbərlər     Baxılıb: 2744   Tarix: 10 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

turlar.az

gözəllik məhsulları kosmetik vasiteler donlar 2026 merlin monro qis geyimleri otaq dizayni güllərin mənası kosmetika novruz bayramı haxışta burclerin uyumu laylalar usaq geyimleri atalar sözləri