Diqqət: Piyləri sürətlə əridən qida...
Bir çoxlarımız piylənmə və kökəlmədən əziyyət çəkirik.
Qadinsaytı.azxəbər xəbər verir ki, ürək- damar cərrahı Halit Yerəbakan maddələr mübadiləsinin sürətləndirmək və qarın nahiyəsində piylərin əridilməsi üçün vasitələri açıqlayıb.
Araşdırma nəticəsində artıq piylərdən xilas olmaq üçün tək idmanla məşğul olmağın kifayət etmədiyi bildirib. Bunun üçün yalnız bir az səy göstərmək və iradəli olmanız bəs edər. Qarşıdan yay gəlir və bizim bu mövsümdə aldığımız kilolar paltarlarda özünü göstərir.
Ən çox da göbək nahiyəsində. Yaş etibarilə dəyişən hormonların da təsiri danılmazdır. İnsan bədəninin yağ saxlama sistemi uzunsürən aclıqla mübarizə edə bilmək üçün inkişaf edib. Bir çoxlarımız arıqlamaq üçün ac qalmaq yolunu seçirik. Bu isə ən səhv yoldur. Bədən uzun müddət ac qaldiqca həyəcan keçirir və piylənməyə başlayır.
Piylənmənin iki növü olur: daxili və dərialtı. Daxili piylənmə qarın içi orqanları əhatə edən piylərdən meydana gəlir. Bu, ən təhlükəli piylənmə növüdür. Şəkər, döş xərçəngi, öd kisəsi kimi xəstəliklərə daxili piylənmə səbəb olur. Dərialtı piylənmə ilə mübarizə etmək daha çətin olduğu yağlanma növüdür. Aparılan araşdırmalara görə, acı bibər qarın bölgəsində yaranan artıq piylərdən xilas olmaq üçün aerobikadan daha tez nəticə verir.
Acı bibəri nahar vaxtı yemək tövsiyyə edilir. Ayrıca acı bibəri sous kimi hazırlayib, yeməklə birgə yemək məsləhət görülür. Hər gün iki fincan yaşıl çay içməyi də unutmayın. Belə ki, yaşıl çayın içindəki maddələr yağ hüceyrələrini parçalanmasında daha çox təsirlidir.
cebhe.info
f Paylaş