DİQQƏT! Prezident TƏSDİQLƏDİ: Bunu edənlər həbs olunacaq

DİQQƏT! Prezident TƏSDİQLƏDİ: Bunu edənlər həbs olunacaqAlkoqollu və tütün məhsulları istehsalçılarından nağd qaydada mal alan və satan şəxs mәsuliyyәtә cəlb olunacaq.

Qadinsayti.az fins.az-a istinadən xəbər verir ki, bu zaman tətbiq edilən cəza kateqoriyası azadlıqdan məhrum olunmaya qədər gedib çıxır.

Bununla bağlı maddə belədir: 213-1.3. Pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma - min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Üstəlik, bu qaydaların 2017-ci il yanvarın 1-dən tətbiq olunması nəzərdə tutulur. Hazırda marketlərdə çoxlu sayda mal qalığı kimi spirtli içki və tütün məhsulları var. Sual yaranır, hazırkı mәhsulların taleyi necə olacaq?

Ekspert Vəli Əliyevin sözlərinə görə, yanvarın 1-dən sonra marketlər həmin məhsullara görə sənəd tələb edəcəklər:

"2016-cı ildə əldə olunan məhsullar üzrə bu sənədi verə bilməyəcəklər. Heç olmasa, Vergi Məcəlləsində bu barədə keçid müddəa qoyulmalı idi ki, sahibkarlar bu cür problemlərlə üzləşməsinlər. Yanaşma düzgün deyil. Xatırlayırsınızsa, 2016-cı ilin əvvəlində belə bir hadisə təkrarlanmışdı və bu zaman yalnız cənab Prezidentin məsələyə müdaxiləsindən sonra problem həll olundu.

Yaxın keçmişdə bir sıra ölkələrdə mühasibat və vergi uçotunda radikal dəyişiklik aparılmadan öncə uçot subyektlərinə yeni qaydaları tətbiq etmək üçün keçid dövrü kimi kifayət qədər vaxt verilmişdi. Buna misal kimi keçmiş sovet blokuna daxil olan Şərqi Avropa ölkələrini, BƏƏ-ni göstərmək olar.

Bu keçid dövrü ərzində dəyişiklik üçün zəmin hazırlanmış, treninqlər keçirilmiş və yalnız sonra həmin dəyişikliklər qüvvəyə minmişdi. Təbii ki, yeni qaydalar qüvvəyə mindikdən sonra həmin qaydaların pozulmasına görə sərt cəza tədbirləri də tətbiq olunub".

V.Əliyev hesab edirik ki, hazırkı şəraitdə keçid dövrü azı bir il müəyyən edilməli, bu dövrdə bütün sahibkarlıq subyektləri uçota alınması təmin edilməli, məhsulun istehsalından və ya idxalından başlayaraq istehlakçıya çatdırılmasına qədər zəncirin bütün halqalarında sənədli rəsmiləşmə təmin edildikdən sonra qaydaları pozanlara qarşı sərt cəza tədbirlərinin həyata keçirilməsinə başlanılmalı idi.

Xəbərlər     Baxılıb: 2079   Tarix: 06 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

qadin dunyasi yemek reseptleri toy makiyajlari doğumu necə keçirtdim dirnaqlara qulluq maskalari sevgi dünyası hamiləlik dövrü kosmetika novruz bayramina aid hakista hakista sozler turpun nağlı lakonizm baldiza aid