DİQQƏT! Prezidentdən MÜHÜM FƏRMAN

DİQQƏT! Prezidentdən MÜHÜM FƏRMANAzərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

BiG.AZ xəbər verir ki, fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 594; 2003, № 2, maddə 81; 2005, № 3, maddə 160; 2007, № 8, maddə 769; 2010, № 2, maddə 80; 2011, № 7, maddələr 637, 641; 2014, № 2, maddə 112; 2016, № 8, maddə 1384) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bəndə birinci halda "Neft" sözündən əvvəl "Neft Fondunun xarici valyuta ilə maliyyələşdirilən büdcə xərclərinin xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar artması halları istisna olmaqla," sözləri əlavə edilsin.

2. 1.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Neft Fondunun büdcəsinin müvafiq xərc maddəsinin xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə Neft Fondunun balansında əks etdirilir.".

3. 3.3.4-cü yarımbəndə "smetası," sözündən sonra "xarici valyuta məzənnələrinin dəyişkənliyi," sözləri əlavə edilsin.

4. 6.1-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

"Neft Fondunun büdcəsinin icrası barədə tərtib edilən hesabatda xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar büdcənin müvafiq xərc maddəsinin artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə əks etdirilir. Hesabatda Fond tərəfindən maliyyələşdirilən layihə, proqram və tədbir üzrə xarici valyuta və manatla ifadədə bütün xərclər müvafiq layihə xərclərinə aid edilir.".

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 may 2017-ci il.

Xəbərlər     Baxılıb: 4410   Tarix: 13 may 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Günəş kremi haqqında bilməli olduğunuz ən mühüm qaydalar

Ultrabənövşəyi şüalar sadəcə dəridə ləkələr yaradan bir "düşmən" deyil, həm də dəri xərçənginə yol açan gizli bir təhlükədir. Dr. Le Cao Tri vurğulayır ki, dərini qorumaq üçün doğru kremi seçmək və ondan düzgü

.

Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ

Qidalanma vərdişləri böyrək daşı xəstəliyinin yaranmasında mühüm rol oynayır. xəbər verir ki, bu barədə türkiyəli urologiya mütəxəssisi Mustafa Suat Bolat məlumat verib. Onun sözlərinə görə, zülalın həddindən artıq qəbul

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Kabakın az bilinən möcüzəvi faydası: Bədəndəki ödəmin bir nömrəli düşməni imiş

Müasir dövrün ən böyük problemlərindən olan hərəkətsiz həyat tərzi, balanssız qidalanma və yetərsiz su qəbulu bədəndə ödəm və şişkinliyin yaranmasına səbəb olur. Bir çox insan bu problemi həll etmək üçün süni preparatlar

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

turlar.az

yay kolleksiyasi qadın geyimi yay geyimləri 2026 dalğalı saç düzümləri toyuqlar haqqinda 2026 yaz kolleksiyasi doğum hekayələri kosmetika hakistalar vetene aid atalar sozu burcler haqqinda aysel vusale elizade