Diqqət: Gələcək nəslin ömrü daha da qısalacaq

Diqqət: Gələcək nəslin ömrü daha da qısalacaqGələcək nəslin ömrü əvvəlki nəsillərə nisbətən daha qısa olacaq.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Açıqlamada bildirilib ki, hazırda dünyada 382 milyon diabetli xəstə var. 20 il sonra bu rəqəm 55 faiz artaraq təqribən 600 milyona çatacaq. Xüsusilə də Avropada bu xəstəlik dörd qat daha sürətli artır. Eyni zamanda, dünyada diabet, köklük, ürək damar xəstəlikləri və xroniki xəstəliklərdə böyük artım müşahidə olunur.

Şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. ÜST-ün 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet "ağır xroniki xəstəlik" kimi səciyyələndirilib. Diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da verilən proqnozun məntiqə uyğun olduğunu dedi:

"Bu gün bu proqnozun verilməsi mövcud olan ekoloji problemlərlə, dünyada içməli suyun azalması, dünya əhalisinin artması və bunun nəticəsində ərzaq çatışmamazlığına görə, süni yeməklərin hazırlanması, insan orqanizminin xolesterini həddindən artıq çox qəbul etməsi və s. Genetik modifikası olan məhsulların hələ insan orqanizminə təsiri müzakirəli olaraq qalır. Bu çox ciddi bir praqnozdur", - deyə həkim bildirdi.

Həkimin də dediklərindən aydın olur ki, bu gün yaranan və gələcəkdə daha çox artacaq probremlər sırf ekologiya ilə bağlıdır. Bunun da qarşısını alan xüsusi bir mexanizm, hələ ki, mövcud deyil.

Amma, dərindən düşündükdə, görürük ki, hər bir insanın sağlamlığı fərdi olaraq öz əlindədir. Bunun üçün xolesterinli, süni qidalardan uzaq durmaq, ət yeməklərindən imtina edib, onu tərəvəz və meyvə məhsulları ilə əvəzləmək, mümkün qədər çox hərəkət etmək, gün ərzində çoxlu maye qəbul etmək məqsədə uyğundur. Bununla siz həm xəstəliklərdən uza olarsız, həm ömrünüz uzun olar.

Odur ki, hamıya sağlam və uzun ömür arzulayırıq!/anspress.com/

Xəbərlər     Baxılıb: 2117   Tarix: 15 noyabr 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aspirin xərçəng riskini azaldır?

Aspirin uzun illərdir əsasən ağrıkəsici və qan durulaşdırıcı kimi istifadə olunsa da, onun xərçənglə bağlı mümkün təsirləri də alimlərin diqqət mərkəzindədir. xəbər verir ki, "University of Oxford"də aparılan bəz

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı

"Uzunmüddətli öskürək də risk əlaməti ola bilər". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərinə görə, bir ayda

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

turlar.az

toy makiyaji sekilleri hamilelikde qidalanma yay kolleksiyasi valideyne aid statuslar suni mayalanma ziyani veten haqda atalar sözləri baş ağrısı kosmetika faydalı bilgilər intim munasibetler novruz bayramına aid hakışta qiz adlari cinsi elaqe