Diqqətli olun! Bu xəstəlik xəbərsiz gəlir

Böyrəklərin düşməni duz və şəkər

Çox duz və şəkər qəbulu hipertaniya və diabet kimi qorxulu xəstəliklərin yaranmasına səbəb olur. Bir müddət sonra isə böyrək çatışmazlığına gətirib çıxarır. Böyrəklərin funkiyalarını itirməsi və vəzifələrini yerinə yetirə bilməməsi xroniki böyrək xəstəliyi yaradır.

Böyrəklər zədələnir

Böyrək xəstəliklərinin səbəbləri müxtəlif ola bilir. Müxtəlif iltihabi xəstəliklər, qəbul edilən bəzi dərmanlar böyrək toxumasında qalıcı iz buraxaraq böyrəklərin funksiyalarının itirilməsinə səbəb olurlar. Anadangəlmə polikistik böyrək xəstəliyi və irsi böyrək xəstəlikləri də böyrək çatışmazlığı xəstəliyinin səbəbləri arasındadır. Amma son illər böyrək xəstəliklərinin artmasına səbəb hipertoniya və diabetdir.
Diqqətli olun! Bu xəstəlik xəbərsiz gəlirUzun illər hiss olunmur

"Bəzi xəstəliklər gizlicə inkişaf edir və uzun illər hiss edilmir. Bəzən xroniki böyrək xəstələri xəstəliyin gecikmiş mərhələsinə qədər heç bir həkimə müraciət etmirər. Böyrəklər öz funksiyalarını lazımi qaydada yerinə yetirmədikdə bu bütün orqanların fəaliyyətinə təsir edir.
Böyrəyin "süzgəci" zədəli olduqdaa, bədəndəki su və duzun çıxarılmasında problemlər yaranır, sidiklə proteinlər xaric olunur. Bəzi yararlı maddələrin bədəndən çıxması, zərərli maddələrin bədəndə toplanmasına səbəb olur. Belə vəziyyət ayaqlarda və ağciyərlərdə ödemlərə (su toplanmasına) yol açır. Toplanan tullantı maddələr beyin kimi həyati orqanların da işinə mənfi təsir edir.

Gündəlik ən çox 6 qr duz və 50 qr şəkər qəbul edilməlidir

" Çox qəbul edilmiş duz və şəkər böyrəklərdə xəstəliklərə səbəb olan maddələrin önündə gəlir. Böyrək riskini azaltmaq üçün ilk görüləcək tədbir gündəlik duz və şəkər istifadəsinin azaldılmasıdır. Gündəlik qəbul ediləcək duzun miqdarı 5-6 qr, şəkərin miqdarı isə 30-50 qr arasında olmalıdır. Duz və şəkərin çox qəbul edilməsi bədəndə, xüsusilə də böyrəklərdə dönüşü olmayan xəstəliklərə yol aça bilir.
Diqqətli olun! Bu xəstəlik xəbərsiz gəlirDuz və şəkərin orqanizmə mənfi təsirləri

" Əgər böyrəklər duzu yetərli səviyyədə həll edə bilməzsə, sodyum qanınızda toplanmağa başlayar. Çünki düz suyu çəkərək saxlayır, dövr edən qanın ümumi həcmi artır. Artmış qan həcmi damarlardakı təzyiqi artıraraq, qanı damarlarınıza daşıyan ürəyinizi gücə salar.

Şəkər isə qana sürətlə qarışar və həddindən artıq insulinlə təmin etdiyinə görə mədəaltı vəzini gücə salar. Bu da diabet (şəkər) xəstəliyinin başlanmasını sürətləndirər. Şəkər xəstəliyində böyrəklərin qurluşunda meydana gələn dəyişikliklərlə əlaqədar böyrək çatışmazlığı riski də artır.

Böyrəklər güclü orqanlardır

" Böyrək çatışmazlığına yol açan vəziyyətə erkən müdaxilə edildikdə, bədəndə qalıcı iz buraxmadan müalicə edilə bilər. Böyrəklərin funksiyalarının itirilməsi üçün süzmə tutumlarının yüzdə 15-in altına düşmüş olması gərəkdir. Bu da böyrəklərin nə qədər güclü bir orqan olmasını aydın göstərən amillərdən biridir.

Gələcəkdə dializ aparatlarına bağlı qalmadan sağlam bir həyat sürmək üçün həddindən çox duz və şəkərin istifadəsindən imtina etmək, davamlı təzyiqi ölçmək, qanın duruluğuna nəzarət etmək üçün qan analizləri vermək, sidik analizləri vermək, böyrəklərin funksiyalarının maneəsiz yerinə yetirməsi üçün edə biləcəyiniz sadə addımlardır.

Sağlamlıq     Baxılıb: 2165   Tarix: 27 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

adlarin menasi donlar 2026 geyim şəkilləri uz maskalari qadinlar haqqinda maraqli melumatlar kişi xəyanəti yoğun bağırsaq xəstəlikləri kosmetika faydalı maskalar opusme uşaq nece olur vətən həsrəti hekaye janri