Dırnaq batması - SƏBƏBLƏR

Dırnaq batması - SƏBƏBLƏRBu çox yayılmış problemdir. Dırnağın qıraqları ətrafdakı dəriyə girir və bu güclü ağrılara, iltihaba, irinlənməyə səbəb olur. Tibdə bu "onixokriptoz" adlanır.
Adətən bu pozulma ayaqlarda, əksər hallarda baş barmaqlarda inkişaf edir. Xəstəlik qadınlarda kişilərlə müqayisədə daha tez-tez müşahidə edilir.
Bu kiçik problem insana ciddi əzab verir - insan yeriyəndə əziyyət çəkir, ayaqqabı geyinə bilmir, gecə ağrıdan oyanır və s. Bu yerdə xoralar əmələ gələ bilər. Bu xüsusilə şəkərli diabet xəstəliyi olan insanlar üçün təhlükəlidir. Onlarda belə xoralar sağalmır və nəticədə hətta qanqrenaya və barmağın kəsilməsinə gətirib çıxarda bilər. Ən böyük problem isə ondan ibarətdir ki, hətta müalicə olunduqdan sonra bu xəstəlik tez-tez təkrarlanır (residivləşir).
Xəstəliyin əsas səbəbləri arasında:
- irsiyyət (dırnaqların forması)
- narahat, çox dar ayaqqabı geyinmək
- dırnaqların travmaları
- gigiyena qaydalarına əməl etməmək
- dırnaqların düzgün kəsilməməsi (dırnaqları yalnız düz kəsmək lazımdır, yumru kəsmək olmaz)
- bəzi xəstəliklər (xüsusilə şəkərli diabet)
- göbələk infeksiyası.
Xəstəliyin ilk simptomlarında mütləq cərraha müraciət etmək lazımdır. Xəstəlik özü-özündən keçmir, ev şəraitində onu müalicə etmək mükün deyil. Bəzən xəstələr xalq təbabəti vasitələrindən istifadə etməyə çalışır. Lakin bu problemi həll edə bilməz. Nəticədə isə xəstə vaxt itirir, xəstəlik isə daha da ağırlaşır.
Xəstəliyin ağır formalarında kiçik cərrahi əməliyyat tətbiq edilir. Bəzi hallarda dırqan qismən və ya tam çıxarılır. Hal hazırda bu problemlemlə mübarizə etmək üçün xüsusi müasir üsullar mövcuddur (lazerlə müalicə və s.). Bu üsulların tətbiqi xəstəliyin təkrarlanmasının qarşısını alır.
Xəstəliyin profilaktikası üçün gigiyena qaydalarına əməl etmək (hər gün ayaqları yumaq, corabları dəyişmək və s.), dırnaqları düzgün kəsmək (yalnız düz, yumru yox), göbələk infeksiyanın ilk simptomlarında (dırnaqların saralması, ovulması və s.) həkimə müraciət etmək, rahat ayaqqadı seçmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1065   Tarix: 11 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

qadın geyimi donlar 2026 geyim və ayaqqabılar blincik hazirlanma qaydasi təmizlik paltar olmaq yemək reseptləri kosmetika video faydalı məsləhətlər zencefil maraqli hakistalar hakisda