Dırnaq batmasının evdə müalicəsi

Dırnaq batmasının evdə müalicəsiDırnaq uzananda bir tərəfdən və ya hər iki tərəfdən dərinin içinə daxil olmasına dırnaq batması deyilir.
Adətən ayaq barmağında müşahidə edilən dırnaq batması, dırnaq uzandıqca və dəriyə batan qism artdıqca dırnaqların hamısına təsir edir.
Deyerler.org bildirir ki, bunun başlıca səbəbləri dırnaqların çox dibdən kəsilməsi, həddindən artıq çəkiyə görə ayaqlara yük düşməsi, ayaq barmağına dəymiş zərbələr, ayaq dırnaqlarında rastlanan göbələk, ayağın quruluşuna uyğun olmayan nazik burunlu ayaqqabılar və s. ola bilər.
Ciddi fəsadı olmayan dırnaq batmasını evdə müalicə edə bilərsiniz. Bunun üçün aşağıdakı üsullar tövsiyyə olunur.
Duzlu su
Duzlu su batan dırnağa infeksiya düşməsinin qarşısını alır və yumşalmasına kömək edir. İlıq suya 2 çay qaşığı duz atın və ayaqlarınızı suyun içində 25-30 dəqiqə saxlayın. Bu prosesi hər gün 2 dəfə tətbiq etdikdə ağrı keçəcək.
Duzdan əlavə soda və ya marqansdan da istifadə etmək olar. Çobanyastığı dəmləməsi ilə vannalar da yaxşı effekt verir.
Əl bıçqısı
Hazırda dırnaq batması problemilə üzləşmisinizsə, dırnağın dəri ilə birləşdiyi yerə diqqət etməlisiniz. Bunun içində dırnağı kəsdikdən sonra kənarlarını əl bıçqısı ilə düzləşdirin.
Pambıq
Dırnağın batan ucu ilə dəri arasına kiçik pambıq və ya tənzif yerləşdirmək həm ağrını yüngülləşdirir, həm də batığın daha da inkişafının qarşısını alır. Bu kifayət qədər ağrılı prosedurdur. Ağrını azaltmaq üçün prosedurdan əvvəl ayaq vannasını edin ki, dəri yumşalsın. Tənzif və ya pambığı hər gün dırnaq uzanana qədər dəyişin.
Təbii yağlar
Dırnaq batmasında batan dəri nə qədər sərt olarsa, ağrı da bir o qədər artar. Bunun qarşısını almaq üçün batmanı yumşaq saxalayaraq ağrını yüngülləşdirə bilərsiniz. Batığı yumşaltmaq üçün çay ağacı yağı daha effektivdir. Çay ağacı əvəzinə zeytun yağından da istifadə edə bilərsiniz. İstifadə edəcəyiniz yağı dırnaq və ətrafına yaxşıca yedirərək, sürtün. Bu cür vəziyyətdə 1-2 saat saxlayın. Gün ərzində batmış dəri quruduqda yenidən istifadə edin.
Diqqət! Batmış dırnağın ətrafında olan dəri iltihablaşıb, irinləyib, güclü ağrı əmələ gəlibsə, vaxt itirmədən həkimə müraciət edin. Bu çox təhlükəlidir (xüsusilə şəkərli diabet xəstələrinə) və hətta qanqrena və barmağın amputasiyası ilə nəticələnə bilər.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 26773   Tarix: 30 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

geyim şəkilləri gözəllik məhsulları yay kolleksiyasi qadın kosmetika şəbəkə sənəti seksual hereketler zirincin faydaları kosmetika insan bayraq novruz hakısdası klitor arıqla