Dırnaq yeyənlərin nəzərinə

Dırnaq yeyənlərin nəzərinəYer üzərində canlı orqanizimlərin ən yüksək pilləsi hesab olunan insanı bəzi məlumat mənbələrində yaradılmışların ən üsütünü olaraq qeyd edirlər.
Onuda vurğulamaq lazımdır ki, insan sosiologiya, psixologiya, fiziologiya, pedaqogika, təbabət və s. elmlərin tədqiqat obyektidir. İnsanın hərəkətləri, düşüncə tərzi, yaşadığı obyektiv şəraitdən, şüurlu və şüursuz sürətdə təmsil etdiyi sosial qrupun və sinfin xüsusiyyətlərindən asılı hesab olunur. Bu baxımdan şüursuz olaraq pis vərdişlərə yiyələnən insanlar mühitin təsirini bəhanə etməməli, həmin vərdişlərdən əl çəkmək üçün müəyyən işlər görməlidirlər. Bu işlərdə ilk növbədə sağlamlıqla əlaqədar vacib hesab etdikləri fəaliyyətləri planlaşdırmalı, gün ərzində şəxsi gigiyenaya ciddi fikir verərək, sağlamlığı, gümrahlığı, uzunömürlüyü təmin edən gündəlik rejimi, idman fəaliyyətlərini, təmiz hava qəbulunu, rejimlə qidalanmayı və s. unutmamalıdırlar. Sağlamlığın prioritet mövzularından hesab olunan asudə vaxtda müxtəlif əyləncə xarakterli işlərlə məşğul olmaq da faydalıdır. (Fitness, şahmat, turizim və s.). Bütün bunlar isə sağlamlığa müsbət təsir göstərməklə bərabər, sözügedən pis vərdişlərdən də insandan uzaq olmasını təmin edəcək. Əks təqdirdə bu müxtəlif xəstəliklərin yaranma səbəbinə çevrilə bilər. Türkiyənin Samsun şəhərinin Böyük Anadolu Çiftlik Xəstəxanası ümumi cərrahiyyə üzrə klinika mütəxəssisi həkim Müzəffər Al, şəxsi gigiyenada dırnaq və saç yemə kimi vərdişi olan kəslərin "bezoar" təhlükəsi ilə qarşı-qarşıya olduqlarını söyləyib.
Bezoarın insan ilə heyvanların mədə və bağırsaqlarında bəzi maddə liflərinin yığılıb sərtləşməsi ilə ibarət olan daş olduğunu ifadə edən həkim Müzəffər Al, dırnaq və saç yemə xəstəlikləri olan insanlarda bezoarın şübhəsiz meydana gəlm’sinin baş verə biləcəyini, müalicə edilmədiyi təqdirdə isə böyük sağlamlıq problemləri ilə qarşı-qarşıya olacaqlarını bildirib.
Verilən məlumata görə 2 ildir mədə narahatlığından əziyyət çəkən 35 yaşındakı Şahin bəyin şikayəti üzərinə aparılan tədqiqata və endoskopik müayinəyə görə onda "bezoar" adlı xəstəlik təsbit etdiklərini ifadə edən həkim Müzəffər Al, bildirib ki, xəstəmiz klinikaya 2 ildir mədədə ağrı və həzmsizlik şikayəti ilə müraciət edir. Aparılan işlərin nəticəsində mədədə yerləşən bezoar müəyyən edilib. Reallaşdırdığımız əməliyyat ilə mədəsindəki 10 sm və 4 sm boyunda təxminən 180 qr. ağırlığında bezoarı müvəffəqiyyətlə çıxartmışıq deyib. Dırnaq yemə vərdişi olan xəstəmiz, diaqnozdan sonra bu vərdişini buraxdığını söyləyib.
Meyvə və tərəvəzlərin tumlarına da fikir vermək lazımdır. Ümumi Cərrahiyyə üzrə mütəxəssis həkim Kərim Gözəl isə saç, dırnaq və tük yemə vərdişi xaricində meyvə və tərəvəzlərin tumlarının alınmasını məsləhət görüb. O, həzm olunmayanda bezoarın meydana gəlməsinə yol aça biləcəyinə diqqət çəkən mütəxəssis həzm edilməyən lifli qidaların da bezoar xəstəliyinin meydana gəlməsinə yol açdığını bildirib. Bu pis vərdişə sahib olan şəxslərdə erkən doyma və mədədə ağrı şikayəti olduğunu ifadə edən ümumi cərrahiyyə üzrə klinika mütəxəssisləri, bulantı və qusma, həzmsizlik, halsızlıq, artıq çəki və pis ağız qoxusu, mədə və bağırsaqda baş verən tıxanmalar, xora və mədə deşilmələri olan xəstələrin saç, dırnaq və tük yemə vərdişini tərk etmələrini və mütləq müalicə olmaları lazım olduğunu sözlərinə əlavə edib.//med.az

Xəbərlər     Baxılıb: 1888   Tarix: 11 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

turlar.az

toy makiyaji sekilleri geyim necə seçməli geyim şəkilləri qlazok yumurta dadlı yemək quymaq resepti abşeron tortu kosmetika sirin qogal faydalı bilgilər azerbaycan cinsi əlaqə qadin.az